fbpx
Ailə uşaqSağlamlıq

Dilaltı qədəh nədir? Əlamətləri və müalicəsi | 2024

Dilaltı qədəh deyilən dilin altındakı yumşaq toxuma, dilin ağız döşəməsinə yapışmasını təmin edir. Dilaltı qədəh qısa olduğu zaman: Uşaqlar bəzi səsləri tələffüz edə bilmirlər ( l,r,t,s,z). Xüsusilə dilin üst damağa və dişlərə toxunaraq yaratdığı səsləri.

Dilaltı qədəh nədir? Əlamətləri və müalicəsi - Saglamyasha az

Dilaltı qədəhin əlamətləri

  • Dil qədəhi qısa olan uşaqlar süd əmməkdən imtina edir.
  • Süd əmərkən hədsiz dərəcədə tərləmə olur.
  • Dili hərəkət etməkdə çətinlik çəkirlər.
  • Dili alt dodağa toxundura bilmirlər.

Əgər sadalanan xüsusiyyətlər varsa uşaqda əməliyyat məsləhət görülür. Əməliyyatdan sonra qidalanmaya diqqət etmək lazımdır. Çox isti, çox soyuq, acı, duzlu qidalardan istifadə edilməməlidir.

Əməliyyatdan sonra süddən imtina edən uşaq yenidən süd əmməyə başlaya bilər. Hətta ana südü əməliyyat olunmuş nahiyə üçün çox faydalıdır.

Bəzi körpələrdə hətta üst dodaqlarının üst damağa birləşdirən hissəsində dodaqaltı bağın qısalığını da sezmək olur. Bu körpələrə əmmə üçün dodaqlarını büzməyə və düzgün döşü tutmağa mane olur. Nəticədə körpə çoxlu hava udur və qazlılıqdan əziyyət çəkir.

Dilaltı qədəh nədir? Əlamətləri və müalicəsi - Saglamyasha az

Körpənin dilinin hərəkətli və normal olmasını necə yoxlamaq olar?

Körpə ağlayarkən dilinin ucu ağzının künclərinə çatacaq qədər uzundur. Buna dilin qalxma hərəkəti deyilir.

Körpənin aşağı damağına barmağınızı sürtərkən dili barmağınızı izləyirmi?

Buna dilin böyürlərə hərəkəti deyilir.

Körpənin aşağı çənəsini və ya dodağını ehmalca dartarkən onun dili aşağı damağından və dodağından bayıra çıxacaq qədər uzanırmı?

Buna dilin uzanması deyilir.

Körpənizin dilini yuxarı – ağızının damaq boşluğuna (çıxıntılı, dalğavari olan hissəyə) doğru qaldırdıqda, dilinin altında qaldırmağa mane olan bağı görürsünüzmü?

Bu bağ dartınma vəziyyətinə görə ağarmış olmalıdır.

Körpənizin yuxarı dodağını burnuna doğru qaldırdıqda, dodağı daha çox qaldırmağa mane olan bağı hiss edir və ya görürsünüzmü?

Bu bağ dartınma vəziyyətinə görə ağarmış olmalıdır.

Uşağın ümumiyyətlə danışmamağı və ya gec danışmağının dil qədəhi ilə əlaqəsi yoxdur. Bu halda başqa problemlər ola bilər. Belə hallar olduqda mütəxəssisə müraciət etməyiniz məsləhət görülür.

Loqoped/Defektoloq Zəhra Orucova ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button