Panik atak anidən tutma şəklində başlayan, 10-15 dəqiqə bəzən 1 saata qədər davam edən ataklar şəklində müşahidə olunan psixolojik pozuntudur.
Panik atakdan əziyyət çəkən insanların ortaq özəllikləri ölüm qorxusudur.
Panik atak hər insanda özünəxas simptomlarla daha qabarıq şəkildə müşahidə olunur və narahatçılığa səbəb olur.
Panik atak əlamətləri
Bir qrup insanlarda səbəbsiz yerə ürək döyünmə ilə başlayır, qollarda üyüşmə, tərləmə, həmin an ürəyim dayanar, ölərəm, fikirləri və buna bağlı olaraqda panik vəziyyətin daha da ağırlaşması bu insanlarda müşahidə olunur. Bu formadan əziyyət çəkən insanlar daimi kardioloqlarda olurlar, demək olar həftədə 1 2 dəfə və nəticə həmişə eyni olmağına baxmayaraq (tam sağlam ürək) bu insanlarda növbəti atak zamanı yenə eyni fikir, qorxu və həkimə inamsızlıq olur.
Bir qrup insanlarda panika boğulma ilə başlayır, nəfəs ala bilmir, tənginəfəslik olur. Bu insanlarda həmin an boğulub öləcəyi fikri və qorxusu, panikanı daha da şiddətləndirir və buna bağlı olaraq sürətli nəfəs alıb vermə və yenə də daha pis vəziyyətə düçar olmaq olur (sürətli nəfəs alıb verən zaman, qanda oksigen karbon qazının balansı pozulur, oksigen daha çox qəbul olunur və nəticə etibariylə oksigenin damar daraldıcı təsiri olduğu üçün, təzyiq yüksəlir və bu insanların vəziyyəti daha da kəskinləşir).
Bir qrup insanlarda panika döş qəfəsində sıxıntı və ya qarın nahiyyəsində mədədə ağrıyla başlayır. Bu insanlar daha çox qastroenteroloqlara, terapevtlərə müraciət edirlər və nəticə olaraq hər hansı patologiya aşkar olunmur.
Bir qrup insanlarda da, bədxassəli şiş olacağı qorxusu, hər hansı narahatçılığı olduqda bunu bədxassəli şişlə əlaqələndirmək və buna bağlı olaraq panika, bütün günü analiz, müayinələrə zaman və pul xərçləməkdən yaşama olan marağını, inamını itirmək və yanaşı olaraq 2-cili depressiyadan da əziyyət çəkmə halları olur.
Ümumi götürdükdə panik atak zamanı bu simptomlar olur:
- Səbəbsiz yerə ürək döyünmə
- Tənginəfəslik, boğulma hissi
- Qolların üyüşməsi, başda sıxılma hissi
- Baş hərlənmə, yıxılacağı qorxusu
- Əllərin əsməsi (tremor), tərləmə, bədəndə titrəmə, istilik hissi
- Ətrafa və özünə qarşı yadlaşma hissi
- Döş qəfəsində sıxılma, ağrı hissi
- Atak zamanı gəyirmə, qusma hissi
- Ağır xəstəliyi olduğunu fikirləşmə, dəli olma ağlını itirmə qorxusu
Panik atakdan əziyyət çəkən insanlar “həkim dəyişməyi” sevirlər çünki həkimlərə qarşı inamsızlıq olur müayinələrdə fizioloji olaraq hər şey normal olur ancaq buna baxmayaraq bu insanlarda fiziki simptomlar müşahidə olunur və bunun əksər hallarda psixolojik olacağını fikirləşmir insanlar.
Panik atak müalicəsi
Panik atak düzgün seçim müalicəylə tam müalicə olunur və adətən ilk aydan yaxşılaşma olur. Panik atak müalicəsi ilə Psixiatr və klinik psixoloqlar məşğul olur, çox hallarda insanlar qorxu götürməklə, ziyarətgahlara getməklə və ya nevroz kimi bildikləri üçün nevroloqlara müraciət edirlər. Ancaq nevroz kimi bildiyimiz təşviş pozuntuları nevroloji yox psixiatrik xəstəliklər siyahısında təsnif olunub və psixolojik problemdir nevroloji yox, ona görə də həkim seçən zaman diqqətli olun.
Psixiatr Bəxtiyar Mustafayev ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.