fbpx
Ürək-damarSağlamlıq

Ürəkdaxili cihazlar və diqqət edilməsi  gərəkənlər

Ürəyə implantasiya edilən cihazlar gərəklilik durumuna görə 3 qrupa ayrılır:

  1. Ürək vurğularının sayını normal həddə saxlamaq üçün, gərəkli durumda artırmağa kömək edən
  2. Həyatı təhdid edən ritm pozulmalarının qarşısını almaq üçün daxildən şok verərək ani ölümün qarşısını alan
  3. Həm  şok verib, həmdə ürək əzələsinin yığılma qabiliyyətinə köməklik göstərən cihazlar

Ürəyə cihaz necə taxılır?

Yerli keyləşdirmə ilə kateter laboratoriyasında, sol körpücükaltı nahiyədə 3-4 sm kəsik ilə əzələaltı cib yaradılaraq, skopik görüntüləmə altında  təqribən 30 dəqiqə davam edən prosedur ilə başa çatır.

Cihaz taxılması risklimidir?

Mütəxəssis həkim və komanda tərəfindən icra edildiyi təqdirdə önəmsiz riskləri çıxmaq şərtilə həyati risklər yox dərəcəsindədir. Cihaz taxılarkən rastlaşa biləcəyimiz ağırlaşmalar bunlardır:

  • Ağciyərin zədələnməsi və pnevmotorax ( plevraya hava dolması )
  • Damar zədələnmələri
  • Cihaz elektrodunun sınması
  • Yara yerinin ( batereya cibinin ) infeksiyalaşması

Cihaz taxıldıqdan sonra nələrə diqqət etməliyik?

  • Hər 6 ay-1 il fasilə ilə cihaz düzənli kontrol edilməlidir. Heç bir şikayət olmasa belə.
  • Cihaz batereyasıın ömrü ortalama 5 il olur. Hər kontrol zamanı batereya müddəti barəsində xəstəyə məlumat verilməlidir.
  • Yara yeri əməliyatdan sonrakı dönəm steril saxlanlmalıdır ( tikiş sökülənə qədər ) .
  • 1.5-2 ay müddətində həmin qoldan ağır yük götürmək olmaz.
  • 1 ay həmin tərəf üzərində yatmaq olmaz.
  • Çiyin oynağından 90 dərəcə yuxarı hərəkətlər məhdudlaşdırılmalıdır ( üzgüçülük, turnikdən asılma tipli hərəkətlər yolverilməzdir! )

Ürəkdaxili  cihazı olan pasientə  telefonu ( eləcədə digər elektronik əşyaları ) 15 sm aralı tutmaq tövsiyə edilir. Əməliyat sonrası 1 ay maşın istifadəsi qadağan edilir ( Sağalma müddəti başa vurduqdan sonra həkim icazəsi ilə olar ).

Əl dedektorları, rentgen cihazları nadirdə olsa cihaz funksiyasında dəyişikliklər yarada bilər. Güvənlik bölümündən keçərkən cihazlarının olduğunu və əllə yoxlanılmasını tələb etməlidirlər. Hər bir cihazın passportu olur ki, xəstə bunu üzərində daşımağa məcburdur. Müasir cihazlar MRT uyumlu olduğu üçün xəstələr bu müayinəni rahat şəkildə elətdirə bilərlər, ama müləq şəkildə müayinə sonrası cihaz funksiyaları kontrol edilməlidir.

Kardioloq Elvira Babaşova ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük

Back to top button