fbpx
DietDüzgün Qidalanma

Salat necə olmalıdır?

Tərəvəzlər qidalanmamızda mühim yerlərdən birini tutur. Gündə 800 qram tərəvəz yemək sağlam qida qaydalarının başında gəlir. Ailənizə, övladlarınıza bol bol, limitsiz tərəvəz yedirdin. Bunu edə bilmirəm deməyin. İlk öncə özünüz yeyin baxın o zaman övladınız sizi baxın necə təkrarlayacaq. Bəs sadəcə, eləcə tərəvəzləri yemək fayda verərmi? Salat dediyimiz sadəcə 4-ə bölünmüş pomidor və ya xiyar deyil xanımlar. Sağlam qidalanmada salat dediyimiz qida bütün faydaları maddələri özün də toplayacaq.

Salat edərkən nələr diqqət etməliyik? Nələrdən istifadə etməliyik?

Salat necə olmalıdır?  Saglamyasha.az
  • Bütün növ, mövsümə uyğun tərəvəzlərdən… Bura sadəcə pomidor, xiyar aid deyil. Dadını bilmədiyiniz, istifadə etmədiyiniz bir çox tərəvəz var. Bunların hər birini yoxlayın. Alış verişə gedərkən ilk öncə tərəvəzlərdən başlayın. Həmçinin bunu edərkən övladınızla birlikdə seçimlər edin. Seçərkən hər birinin faydalarından danışın…
  • Yaşıllıqlardan… Mövsümə uyğun bütün növ yaşıllıqlar olsun rasionunuzda. Sadəcə keşniş, şüyüt, soğan deyil…Gözünüzün önünə keçən bütün yaşıllıqlardan alın. Övladınızla birlikdə başa salaraq, danışaraq təmizləmə qaydalarını edin və o bunu görsün…
  • Toxumlardan… Bəli, toxumlar çooox faydalıdır və salatlarımızda mütləq yer almalıdır… Qoyun övladınız öz əlləriylə toxumları salatına səpsin. Faydalarını izah edin əlbəttə…
  • Paxlalılardan… Öncədən qaynadıb soyuducuya qoyduğunuz paxlalılar, salatlarınız vaz keçilməzi olmalı. Tərkibində olan yüksək zülal nəticəsində bizi uzun müddət tox saxlayacaq, karbonhidrat nəticəsində isə enerji verəcək…
  • Yağlardan… Yağlar salatlarımızda olmalı olan ən əsas qidalardandır. Faydalı yağlardan əsla qorxmayın… Tərəvəzlərdəki bəzi vitamin və mineralların bədəndə mənimsənilməsi üçün mütləq yağa ehtiyac vardır, əlbəttə sağlıqlısına.
  • Zülal əsaslı qidalardan (yumurta,toyuq,balıq,pendir və s.)… Uzun müddət tox qalmaq üçün zülala mütləq şərtdir salatlarımızda… Və beləliklə bol bol salat yeyin, sağlam yaşayın, sağlam olun.

Həmçinin “Dietik şəkərlər”“Şəkərin faydaları və ziyanları” haqqında yazılarımı oxumaq üçün toxunun.

Dietoloq Aynurə Aşirova ilə əlaqə üçün buraya basın vəya +994 55 551 25 65

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button