fbpx
Ailə uşaqSağlamlıq

Uşaqlarda ağız suyunun axması

Loqopedik seanslarımda tez-tez rastlaşdığım problemlərdən biri də uşaqlar ağız suyunun axması problemdir. Bu problem də bir çox valideynləri narahat edir. Hər şeyden öncə bilmək lazımdır ki, bu problemin yaranmasınin səbəbi nədən qaynaqlanır?

Uşaqlar ağız suyunun axması

Uşaqlarda ağız suyu nə üçün axır?

Uşaqlarda ağız suyunun axması 2 yaşa qədər normal hesab edilir. Bunun səbəbi isə uşaqların iki yaşına kimi öz artikulyasiya aparatlarını idarə etməkdə çətinlik çəkmələridir. Lakin 2 yaşdan sonra əgər uşaqlarda ağız suyu ifrazi hələ də davam edirsə, bu zaman ilk öncə pediatra, daha sonra isə ehtiyac duyularsa loqopedə müraciət edilməlidir.

İlk olaraq uşaqlarda ağız suyunun nə səbəbə axdığını öyrənmək lazımdır. Bunun haqqında məlumat əldə etdikdən sonra müəyyən müdaxilələr etmək olar. Əksər hallarda uşaqlarda ağız suyunun axmasına səbəb uşaqların bağırsaqlarında olan qurdlardan, bakteriyalardan qaynaqlanır.

Uşaqlarda ağız suyunun axması

Əgər səbəb bu olarsa biz burada heç bir müdaxilə etmirik. Lakin əgər ağız suyunun axması artikulyasiya aparatından qaynaqlanırsa artıq burada loqoped müdaxilə edərək bunu korreksiya edir. Sual yarana bilər ki, ağız suyu ifrazının artikulyasiya aparatı ilə nə kimi bir əlaqəsi var? İlk olaraq siz udqunma prosesinin necə baş verdiyini bilməlisiniz.

Udqunmanin anatomiyasi haqqında məlumatınız olduqdan sonra müdaxilə etmək sizin üçün daha asan olacaq. Gəlin nəzər yetirək. Bizim ağız içərimizdə tüpürcək vəzilərimiz yarandıqda ilk öncə dil altında yığılır. Daha sonra isə biz dilimizə təzyiq göstərərək tüpürcək vəzilərimizi udmağa çalışırıq. Bizim dodaqlarımızda hipotonus (əzələ tonusunun aşağı olması) olmadığı üçün dodaqlarımız da açıq vəziyyət də olmur və ağız suyu axmır. Lakin çənə hissədə, dodaqlarda, dildə və udqunma aktında problem olduğu zaman uşaqlarda ağız suyunun axmasına səbəb olur. Bunun üçün biz çənə, dodaq və dil, qırtlaq hissəyə daha çox diqqət yetirməliyik. Bu problemin korreksiyası üçün biz müəyyən masaj və məsələlərdən istifadə edirik.

Ağız suyunun axmasına qarşı edilən masajlar:

  1. Çənə hissənin masajı: Çənə başlanğıcından masaja başlayırıq və ya çənə sümüyünün başlanğıcını 5 sm aralıqlarla tutub sıxıb saxlayırıq.
  2. Çənə məşğələsi: Uşağın başını arxaya doğru əyirik, daha sonra pasientdən çənəsini açıb-bağlamasını tələb edirik. Çənənin sağa sola hərəkəti. Çənənin irəli-geri hərəkəti.
  3. Dil masaj və gimnastikalari.
  4. Dodaq masajı: Dodağı əlimizlə yoğururmuş kimi basmalar tətbiq edirik.

Bu, problemin tez bir zamanda həll edilməsi üçün mütləq mütəxəssisə müraciət edin.

Loqoped & Defektoloq Nigar Qədirli ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button