Düşüncələrinə Fikir Ver
Onlar sözlərinə çevrilər
Sözlərinə Fikir Ver
Onlar hərəkətinə çevrilər
Hərəkətlərinə Fikir Ver
Onlar vərdişinə çevrilər
Vərdişlərinə Fikir Ver
Onlar xasiyyətinə çevrilər
Xasiyyətinə Fikir Ver
O Sənin taleyinə çevrilər…
Həyatımızı necə dəyişək?
Həyatımızı dəyişmək istəyiriksə, ilk öncə düşüncələrimizdən başlamalıyıq. Bu gün cəmiyyətimizdəki ən böyük problemlərdən biri məhz elə düşüncə problemidir. İnsanlar düşüncələrini müsbət yönə kökləmək əvəzinə, sanki bacardıqları qədər problemlərə, keçmişdə yaşanmış xoş olmayan hadisələrə, içindən çıxa bilməyəcəklərini düşündükləri işlərə kökləyirlər. Bu da öz növbəsində, xoş olmayan nəticə verir. Beynimiz bir əkin yerinə bənzəyir. Ordan hansı keyfiyyətdə məhsul əldə edəcəyimiz nə əkdiyimizdən, necə əkdiyimizdən və necə qulluq etdiyimizdən asılıdır.
İnsan dünyaya gələrkən ağ bir vərəqə bənzəyir. Vaxt keçdikdə o ətrafdan müəyyən informasiyalar alır və bu informasiyalara müvafiq olaraq öz hislərini, düşüncələrini və ən nəhayət, düşüncələrinə uyğun olaraq da davranışını tənzimləyir. Əgər biz beynimizə daxil olan informasiyaları düzgün istiqamətləndirməyi və yerləşdirməyi bacarsaq, hansının bizim üçün xeyirli, hansınınsa ziyanlı olduğunu seçməyi bacarsaq, yaşamaq xeyli asan olacaqdır.
Bu gün hamımızın haqqında məlumatlı olduğumuz placebo dərmanları da məhz bu fikrə əsaslanır. Xəstə tərkibində heç bir farmokoloji və kimyəvi maddə olmayan şəkərləri qəbul edir, lakin bundan xəbərsiz olduğundan sağalacağına ümid edir. Və nəticədə sağalır, onun halı yaxşılaşır. Səbəb nə oldu? İçi boş, yalançı dərmanlarmı? Yoxsa düşüncənin gücümü?
Gün ərzində ən çox nəyi düşünürüksə ona çevrilirik. Əgər nə düşünəcəyimizi şansa buraxsaq, ya da qəzet, jurnal, televizor, radiolara həvalə etsək, öz beynimizi idarə etmə qabiliyyətimizi itirərik. (Emerson)
Bəli, siz gün boyunca ən çox nəyi düşünürsünüz? Fərqindəsinizmi? Həm istəmədikləriniz reallaşır, həm də istəmədiklərinizə sərmayə qoymağa davam edirsiniz?
Bu gün yaxınlarınızla ən çox nədən danışdınız? Dərdlərinizi təkrarən dilə gətirib, yenə şikayətləndinizmi yaşadığınız həyatdan? Televiziyada xoş olmayan xəbərləri izləyib dəhşətə gəldinizmi? Kədərli mahnılar dinləyib, kədərli serialları izləyib empatiya qurdunuzmu?
Hər insanın dərdinin dərmanı, çarəsi özündə gizli olduğundan, suallara cavab verərkən həll yolunu daha asanlıqla tapır.v
“Psixoloqa niyə müraciət etməliyəm?” adlı məqaləmi oxumaq üçün bura basın.
Psixoloq Nurana Safar ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.