Sağlam düşüncə ilə Sağlam Münasibət.
İkili münasibətlərdə nəzərimizdən qaçan və etdiyimiz səhvlər var. Xüsusilə qeyd edək ki,qarşı cinslə münasibətdə edilən səhvlər bir çoxu məhs insanın özündən qaynaqlanır. Ən əsas 3-nü qeyd edəcəm:
- Qarşı tərəfi özümüzdən üstün pilləyə qoymağımız. Öz dəyərinizdən çox ona dəyər verməyə başlayırsan və ona görə nələrisə itirməyə razı olursan.
- Mübahisə zamanı hər iki tərəfin bir-birini dinləmək bacarığının olmaması. Ya səhvləri qəbul etməmək,ya da özünü haqlı çıxartmaq. Arada olan hörmət prinsipinin də pozulmasına səbəb olur.
- Məcburiyyət. İsrarla öz dediklərini qəbul etdirmək. Və ya bitməkdə olan münasibəti məcbur davam etdirməyə çalışmaq edilən ən böyük səhvlərdən biridir.
Qeyd olunan məsələlər hər dövr üçün çox aktual və diqqətdə olan məsələlərdir. Bu halların yaşanmaması və ya korreksiyası üçün nələr etmək daha düzgün olar?
İlkin olaraq, münasibət hansə pillədə olur olsun şəxs öz dəyər və qiymətini anlamalı və qarşısındakı şəxsə də bunu hiss etdirməlidir.
Bundan başqa,münasibətlərin ən birinci qanunu hörmət prinsipinin qorunmasıdır.Hər bir tərəfin fikirlərinə hörmətlə yanaşıb,ona uyğun fikirlərimizi bildirmək lazımdır.
Və ən əsası istənilmədiyiniz yerdə qalmayın. Məcbur nə sevə bilərsiniz, nə də sevdirə bilərsiniz.
Ümumi münasibətlərə yanaşsaq, sağlam münasibətin təməlində sağlam düşüncə dayanır. Əğər çıxdığınız yolda sizi narahat edən, içinizdə şüpə yaradan məqamlar varsa, bu keçmişinizlə bağınız olduğunu göstərir. Və həmin bağ sizin bugünkü, düşüncənizə təsir edir. Bu baxımdan münasibətinizdə də keçmişlə bənzərlik və ya səhvlər axtarırsınız. Mənfilik axtarışınız sizin müsbətləri də görməyinizə mane olur. Edə biləcəyimiz birinci şey keçmişlə bağı kəsib, bu günə odaklanmaqdır. Bunu bəzən tək başına etmək çətindir. Ona görə də mütəxəssis psixoloq müayinəsi və psixoloji terapiyası şərtdir.
Bir şeyi xüsusi qeyd edək ki, hər şey sizin istəyinizdən başlayır…
Həyatında yeniliklər edib, sağlam düşüncə ilə sağlam münasibət yaratmağa sən hazırsan?
Psixoloq Rəhimə Əliyeva ilə əlaqə üçün buraya basın
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.