fbpx
SağlamlıqÜrək-damar

İkincili hipertansiyondan nədir?

Kimlərdə ikincili hipertansiyondan şübhələnməliyik?

Dünya əhalisinin 1 milyarddan çoxu hipertansiyondan əziyyət çəkir. Bunların əksər hissəsi birincili hipertansiyon olub, zamanla proqressivləsən və altda yatan heç bir xəstəlik olmadan  inkişaf edir.

İkincili hipertansiyon düzəldiləbilən, geriçevrilən, tamamilə aradan qalxa bilən bir vəziyyətdir. İkincili hipertansiyon bütün hipertansiyonun 5-10 % dən məsuldur.

İkincili hipertansiyondan nədir?  Saglamyasha az

Təzyiq dəyərini bu qrup pasientlərdə nəzarətdə saxlamaq çətin olsada , səbəb tapılıb aradan qalxarsa , təzyiq dəyəri tam nəzarətə alına bilər.

Hansı qrup təzyiq xəstələrində ikincili olma ehtimalı ağlımıza gəlməlidir?

  • 30 yaşlarda başlayan hipertansiyon
  • Öncədən medikamentoz müalicə alanlarda anidən təzyiq dəyərlərinin  pisləşməsi
  • Ani başlayan hipertansiyon
  • Dirəncli hipertansiyon :ən azı 3 dərman-biri sidikqovucu olmaq şərtilə  qəbul etməsinə baxmayaraq kontrola alına bilməyən dəyərlər
  • Çox yüksək qan təzyiq dəyərləri ( > 180\110 mmHg)

İkincili hipertansiyona səbəb daha çox hansı xəstəliklər ağla gəlməlidir?

  • Renal parenxima xəstəliklər
  • Renal arteriya darlığı
  • Aort koartkasyonu
  • Hiperaldesteronizm
  • Feoxromasitoma
  • Yuxu apnoe sindromu
  • Tireoid xəstəlikləri
  • Cushing sindronu

Xəstənin şikayətlərinə uyğun olaraq spesifik analizlər və diaqnostik üsullarla səbəb tapıla bilər. Səbəb aradan qalxdıqda təzyiq dəyərləridə normallaşır.

İkincili hipertansiyondan nədir?  Saglamyasha az

Spesifik qan təhlili varmı?

Elə bir spesifik analiz yoxdurki onun təyin edilməsiylə biz pasientdə ikincili hiertansiyon diaqnozunu qoyaq. Pasientin şikayətinə əsasən hansı patologiya düşündürürsə bizi, o istiqamətdə araşdırmalar aparmalıyıq.

Bəzi hallarda erkən yaslarda təsaduf edən hipertansiyon zamanı heç bir patologiya aşkarlanmayada bilər. Bu hada genetic keçidli hipertansiyon olduğu təsdiqlənir.

Müalicə prinsipi və ya dərman seçimində birincili və ikincili hipertansiyon fərqlənirmi?

Təzyiq müalicəsində əsasən 5 qrup dərman maddələri var ki, hər iki tip təzyiq xəstəliyində bu dərmanlardan  istifadə etmək olar. Təbii ki, yanaşı xəstəlikləri və dərmanın istifadəsinə əks göstəriş olmadığı hallarda.

Sadəcə birincili hipertansiyom bu qrup dərmanlarla zamanla kontrola alınması rahat olsada, ikincili hipertansyonda kontrola alınması daha çətin olur. Ona görədə səbəbə yönəlmiş müalicə olarsa , hətta sonradan tamamilə dərmandan azad oluna bilərlər.

Təzyiq ürək damar sistemi xəstəliyinin risk faktoru kimi ilk yerdə durur və dəyişdiriləbilən faktor olduğu üçün, nəzarətə alınmaqla və ya aradan qaldırılmaqla bu risk faktorunu aradan qaldıra bilərsiniz.

Kardioloq Elvira Babaşova ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button