İnsan ən çox məlumatı gözləri ilə alır. Yenidoğulmuş körpəniz üçün göz ən mühüm duyğu orqanlarından biridir. Rəngli mühitə, işığa, hərəkət edən obyektlərə baxdıqca sinir- psixi inkişaf və ətraf mühitə adaptasiya prosesi düzgün formalaşır. Yeni doğulmuş görmə qabiliyyəti ilə doğulsa da, bir sıra funksiyalar tam formalaşmayıb. Belə ki, körpəniz gözlərini fokuslamaq, dəqiq hərəkət etdirmək və hər iki gözü eyni istifadə etmək qabiliyyətinə malik deyil. Buna görə ilk aylarda valideynlərdə uşağım görürmü, çəplik varmı, uşağımın göz hərəkətləri düzgündürmü sualları yaranır.
Uşaqlarda görmə həyatlarının ilk 1 ili ərzində müxtəlif dəyişikliklərə məruz qalır. İlk göz müayinəsi pediatrınız tərəfindən aparılır. Bu müayinə ilə pediatr körpənin gözlərinin düzgün inkişafından əmin olmalıdır.
0 aydan 3 aya qədər görmə
Körpənizin gözü 0-3 aylıqkən /doğularkən yenidoğulmuşlar yüksək işıq şüalarına çox həssasdırlar. Siz bunu bəbəklərin necə dar olması ilə hiss edə bilərsiniz. Yenidoğulmuş körpə öz periferik görməsi hesabına ətrafı görə bilir, lakin mərkəzi görmə hələ inkişaf edir. Bir neçə həftə ərzində retinanın inkişafı ilə yanaşı, körpənin bəbəyi də genişlənir. Onlar artıq tünd rəngləri görə, intensivliyin dəyişilməsini hiss edə bilirlər. Yenidoğulmuş körpədə görmə 20/200 ilə 20/400 arasında dəyiṣir. Onlar öz üzlərindən 8-12 dyüm məsafədə olan obyektləri daha rahat görürlər.
1 ayında körpəniz gözlərini qısamüddətli fokuslaya bilir, amma 3 futluq məsafədə daha parlaq rənglərə üstünlük verir.
2 aydan 4 aya qədər görmə
Fokuslama və hərəkət edən obyektləri izləmə.
İlk 2 ay ərzində uşaqların gözləri birlikdə yaxşı işləyə bilmirlər. Ona görə də bu dövrdə siz uşağınızın gözünün içəriyə doğru çəpləşdiyini və ya xaricə doğru getdiyini görə bilərsiniz. Əksər hallarda, bu normaldır və onlar özünü korreksiya edə bilir. Amma uşağınızın gözünün biri buruna tərəf və ya xaricə daimi olaraq gedirsə, mütləq həkiminizlə konsultasiya etməlisiniz.
2 aylıq uşaq görmənin inkişaf etdiyi qədər adətən hərəkət edən obyektləri izləyir. Faktiki olaraq, 3 aylıq uşaq gözlərini birlikdə fokuslamaq və obyektləri izləmək qabiliyyətinə malik olur. Əgər siz bunun baş verdiyini görməsəniz həkiminizlə məsləhətləşin.
5 aydan 8 ayadək gözlər
5 aylıq uşaq obyektlərin hansı məsafədə və dərinlikdə yerləşməsini müəyyənləşdirmə bacarığına sahib olur. Onlar uzaqda və yaxında olan obyektlərə daha asan çata bilirlər. Həmçinin bu ayda onlarda rəngli görmə formalaşır, lakin yetkinlərdəki tam inkişafına çatmamışdır.
Uşaqlar ümumilikdə təxminən 8 ayda iməkləməyə başlayır və bu onlarda göz-əl koordinasiyasını daha da artırır.
9 aydan 12 ayadək görmə
9 aylıq uşaq adətən məsafəni yüksək səviyyədə ayırdetmə bacarığına malikdir. Bunun nəticəsində onlar obyektdən tutub özünü dartmaq, ayaqüstə durmaq qabiliyyətləri əldə edirlər. 10 ayında bu qabiliyyət daha da təkmilləşir, onlar əşyaları baş və şəhadət barmaqları arasında tuta, darta və ya itələyə bilirlər. 9 ayında körpənizin gözləri artıq yekun rəngini almışdır.
12 aylıq uşaqların əksəri artıq iməkləməkdən yerimə mərhələsinə keçmiş olur.
Beləliklə, göz və görmə problemləri uşağın ümumi inkişafına mühüm təsir edir. Buna görə də uşağınızın gözlərinin inkişaf mərhələlərinin düzgün getdiyindən və xüsusilə görmənin inkişafından əmin olmalısınız. Hər hansı bir problem varsa, erkən aşkar olunmalıdır ki, onların böyümə və öyrənmə prosesində ləngimə olmasın.
Uşaqların ilk göz müayinəsi:
Hətta göz və ya görmə problemi görünməsə də 6 ayında ilk göz müayinəsi olunmalıdır. Bu zaman körpənizdə yaxındangörmə, uzaqdangörmə, astiqmatizm, gözün hərəkətlərində patologiya, çəpgözlük, göz dibi patologiyalar aşkarlanır. Həmçinin göz almasının ümumi vəziyyəti qiymətləndirilir.
Valideynlər aşağıdakı mühüm addımları bilməlidir:
- Gözlərdə daxilə və ya xaricə doğru hərəkət problemləri və ya hərərkət edən obyekti izləmədə fərqlilik
- Erkən problemləri aşkarlamaq üçün vaxtında yenidoğulmuş və uşağın skrininqi olunmalı.(Burada xüsusi diqqət edilməli yarımçıq doğulmuşların skrininqinə)
- Pediatrınızdan aylara görə görmənin düzgün inkişafı üçün hansı aktivitələr olunmalıdır öyrənmək.
Oftalmoloq Vüsalə Bəşirova ilə əlaqə üçün buraya basın və ya +994 55 233 84 44.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.