Mədə qıcqırması qarının ən yuxarı hissəsində və ya döş qəfəsinin arxasında hiss olunan göynəmə və ya istilik hissidir. Əlavə olaraq, ağız boşluğunda acı, turş dad hiss oluna bilər. Qıcqırma hissi yemək yedikdən sonra əyildikdə və ya yatdıqda daha da şiddətlənir. Bəs mədə qıcqırması niyə baş verir, necə müalicə olunmalıdır və ondan necə qorunmaq olar?
Mədə qıcqırması niyə yaranır?
Əsasən, mədə qıcqırması asidik mədə suyunun qidalanma borusunun selikli qişaya təsiri ilə yaranır. Bu, mədə daxilindəki qidalar qidalanma borusuna keçərkən baş verir. Aqressiv mədə suyu qidalanma borusunun divarlarını qıcıqlandırır və bu da qıcqırma hissinə gətirib çıxarır. Normal halda, qidalanma borusu sadəcə qida udulduğu zaman açılan xüsusi klapan ilə mədədən ayrılır. Lakin bəzi patologiyalarda, klapanın funksiyası pozulur və mədənin tərkibindəkilər həzm sisteminin yuxarı hissələrinə atılır.
Önəmli not: mədə qıcqırmasına yol aça biləcək səbəblərdən biri də onikibarmaq bağırsağın tərkibindəkilərin öd və mədəaltı vəzinin fermentləriylə qarışaraq mədə borusuna keçməsi ola bilər. Bu, da həssas selikli qişanı asanlıqla qıcıqlandırır.
Mədə qıcqırmasının səbəbləri
Artıq ifraz səbəbilə xroniki qastrit: Qıcqırma mədədə normadan çox hidroklorik turşu yaranması səbəbilə baş verir. Bu turşunun ifrazını yağlı, qızarmış, və ədviyyatlı qidalar, marinadlar, soyuq yeməklər, gec-gec amma böyük porsiyalarla qidalanmaq kimi faktorlar artırır.
Mədə və onikibarmaq bağırsaq xorası: Mədənin selikli qişasında yaranan xora, mədəyə öz normal funksiyasını yerinə yetirməyə və qidaları bağırsağa ötürməyə mane olur. Qida mədədə ilişir, və daxilindəki təzyiq artır. Bütün bunlar qida borusunda tıxacın daha da artmasına səbəb olur.
Əməliyyat olunmuş mədə: Bu, xora və ya şişkinlik səbəbilə mədə və onikibarmaq bağırsağın bir hissəsi aradan götürülən insanlarda rast gəlinir. Bu halda, tərkibində öd və mədəaltı vəzi fermentləri olan həzm şirəsi həzm yoluna daxil olur, və mədə qıcqırmasına səbəb olur.
Dərmanlar: Önəmli not: Aspirin və bəzi qeyri-steroid iltihab əleyhinə dərmanlar qida borusuna və mədəyə zərər verir, və qıcqırmaya səbəb olur. Həmçinin, buna nitratlar, spazmolitiklər, sedativ (sakitləşdirici), yuxu dərmanları, və trankilizatorlar da səbəb ola bilər.
Bəzi qida məhsulları: Qıcqırma sağlam insanlarda belə çox yeməkdən, şirniyyat, qara çörək, təzəbişmiş un məmulatları, ədviyyatlı və yağlı qida, süd məhsulları, spirtli içkilər, şokolad, qara çay, qəhvə, turş alma və ya qarğıdalı, limon, pomidor, və pomidor souslarından sonra da yarana bilər.
Hamiləlik zamanı:
Gələcək analarda qıcqırma hamiləliyin son dövrlərinə doğru daha tez-tez olur. Bunun bir neçə səbəbi var:
- Böyüməkdə olan uşaqlıq mədəni sıxır və onu yuxarıya doğru sıxışdıraraq qeyri-təbii vəziyyətə gətirir.
- Hamiləlik hormonu olan progesteron bədəndəki bir çox hamar əzələləri rahatlaşdırır. Bu əzələlərə qida borusu klapanı da istisna deyil. Bütün bunlar klapanın tam bağlanmamasına və mədə şirəsinin qida borusuna daxil olmasına səbəb olur.
Mədə qıcqırmasının dərman ilə müalicəsi
Qastroenteroloqlar mədə qıcqırması zamanı aşağıdakı dərman qruplarını təyin edirlər:
- Antiasidlər: Onlar maqnezium, kalsium, alüminium duzları ehtiva edir ki, bu da hidroklorik turşunu neytrallaşdırır. Mədədəki maddələr artıq selikli qişanı qıcıqlandırmadan qida borusuna daxil olur.
- Alginatlar: Mədədəki turşulu mühitdə alginatlar geləbənzər qalxan yaradır mədədəki məzmunun qida borusuna atılmasını azaldır.
- Antisekretor dərmanlar: Onlar mədədəki hidroklorik turşunun əmələ gəlməsini məhdudlaşdırır və mədəyə daxil olan məzmun daha az aqressiv olur.
- Prokinetika: Bu dərmanlar klapanın tonusunu artırır (nəticədə qida borusu ilə mədə arasındakı boşluq daha yaxşı bağlanır) və qidaların mədədən bağırsağa getməsini sürətləndirir.
Mədə qıcqırmasının xalq təbabəti ilə müalicəsi
Xalq təbabətinə yalnız dərman olmadıqda üz tutmaq olar. Bu cür metodlar hər zaman effektiv olmur. Qıcqırma üçün ən çox istifadə olunanlar müalicə yolları aşağıdakı kimidir:
- Süd: Bu, mədədəki turşuluğu yalnız müvəqqəti olaraq neytrallaşdırır və hər şeyin yaxşı olduğu təəssüratını yaradır. Ancaq bir müddət sonra süd mədə şirəsinin ifraz olunmasına təkan verir, və vəziyyət öncəkindən daha da pisləşir.
- Soda məhlulu: Bir çox insan mədələri yandıqda dərhal soda içir. Təbii ki, ilk başlarda bunun effekti olacaq, lakin çox qısa müddətliyinə. Soda mədəyə daxil olduqda çoxlu karbon qazı əmələ gəlir ki, bu da orqanın uzanmasına və ordakı təzyiqin kəskin şəkildə artmasına səbəb olur. Bütün bunlar təkrar mədənin qıcqırmasına gətirib çıxarır.
Önəmli not: Sodanı müntəzəm şəkildə qəbul etmək olmaz, çünki bu, bədəndə duz və suyun nisbətini pozur.
- Kartof: Bu tərəvəz qıcqırmaya çox yaxşı kömək edir. Çiy kartof dilimləri çeynəmək və ya təzə sıxılmış kartof şirəsi içmək olar.
- Nanə qaynanmışı: Qıcqırma zamanı nanə kömək etməyəcək, əksinə yalnız zərər verəcək. Çünki o, mədə ilə qida borusu arasındakı klapanı rahatlaşdırır və mədə turşusu daha da fəal şəkildə qida borusuna daxil olur.
Mədə qıcqırmasına qarşı profilaktik tədbirlər
Mədə qıcqırmasının sizi narahat etməməsi üçün müəyyən tədbirlər almaq lazımdır.
Həyat tərzinizi dəyişin:
- Yeməkdən sonra əyilməyin
- Yeməkdən dərhal sonra yatmayın (1,5-2 saat gözləmək lazımdır);
- İki yastıq üzərində yatın;
- Dar geyimlər, sıx kəmərlər, və korsetlər geyinməyin;
- Ağır bir şey qaldırmayın;
- Siqaretdən imtina edin;
- Artıq çəkiniz varsa, arıqlamaq haqda düşünün.
Qidalanma rejimini dəyişin:
- Həddindən artıq çox yeməyin;
- Çox isti və ya çox soyuq yemək yeməyin;
- Gecə çox yeməyin (axşam yeməyi yatmadan 3 saat əvvəl olmalıdır);
- Yağlı, qovrulmuş, duzlu, kəskin, həmçinin sitrus, soğan, sarımsaq, turş meyvə və şokolad yeməkdən çəkinin;
- Spirtli içkilərdən, qəhvədən, güclü çaydan, və turş şirələrdən çəkinməyə çalışın.
Hamilələrdə mədə qıcqırmasının qarşısının alınması:
Hamiləlik əsnasında edilə biləcək limitli sayda müalicə metodu mövcuddur. Amma qıcqırma hissi çoxdursa:
- İlkin olaraq antiasid tipli dərmanlardan istifadə edərək, mədə turşusunu neytrallaşdırmağa çalışmaq;
- Daha kiçik boşqablarda yemək yemək və mədə doluykən yatmamaq lazımdır.
Və ən əsası, mədə qıcqırmasına səbəb olan dərmanlardan uzaq durun.
Həmçinin mədə ağrısını azaltmağa kömək edə biləcək çaylar və yöntəmlər haqda öyrənmək üçün keçid et.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.