fbpx
Ailə uşaqPsixologiyaSağlamlıq

Uşaqlarla bağlı aktual problemlər🔈

Uşaqlar niyə oyuncaqlarını paylaşmazlar?


Biz yetişkin olaraq öz əşyamızı paylaşmırıq amma uşaqlara paylaş deyirik. Paylaşmaq üçün güvən lazımdır. Qarşımızdakına güvənməsək paylaşmırıq. Biz paylaşmalıyıq ki, o da öyrənsin. Uşaq əşyasını vermirsə hörmətlə yanaşın.
Uşaqlara paylaş, paylaş deyə məcbur etməyin.

Uşaqlar oyuncaqlarla oynayırlar- Saglamyasha.az

Uşağa hər istədiyi oyuncağı almalıyıq?

Uşaq hər istədiyi oyuncağı əldə etməməlidir. Ayda 1 dəfə oyuncaq almaq günü seçə bilərsiz. Uşağınız oyuncaq istədikdə oyuncaq alma günündə ala biləcəyinizi söyləyin. Amma istəsən ora gedib seçə bilərsən və evdə oyun qura bilərik yada rəsmini çəkə bilərik. Pul da yığa bilərik. Oyuncaq alma günündə ona müdaxilə etməyin. Amma bahalı oyuncaq seçərsə bu müdaxilə deyil. Ona əvvəldən büdcəni deyin.
0-3 yaş arasında oyuncaq alma sıxlığı ayda 2 dəfə ola bilər.
6 yaşdan sonra öz yığdığı pula oyuncaq alınmalıdır.

Uşaq corabını geyinir- Saglamyasha.az

Müstəqilliyə alışdırmaq:

Uşaq üç yaşından ayaqqabısını açıb-bağlamağı, corablarını, köynəyini geyinib-soyunmağı bacarmalıdır. Qaşıqdan istifadə etməyi, fincandan çay içməyi, sərbəst yeməyi öyrənməlidir. Əlbəttə, uşaq bağçaya gedənədək lazımi vərdişlərə yiyələməmiş olsa, aydındır ki, tərbiyəçilər ona zəruri qayğını göstərəcəklər. Lakin sərbəstliyin ən minimal bacarıqlarını mənimsəsə, daha yaxşı olar.

Ana uşağını baxçaya aparır- Saglamyasha.az

Uşaq bağçaya necə adaptasiya olmalıdır?

Körpəni uşaq bağçası rejiminə tədricən alışdırmaq lazımdır. Erkən yuxudan oyanmaq, oyunlar şəklində məşğələlər təşkil etmək, təxminən bağçadakı ilə eyni anda nahar etmək, günorta yuxusu, axşam 21:00-dan gec olmayaraq yatmaq. Əgər uşaq günorta yatmağı sevmirsə, çalışın onu, sadəcə çarpayıda uzanıb istirahət etmək üçün dilə tutun: Uzanırıq, gözlərimizi yumuruq. Evdəki yeməklərin menyusunu bağçadakılara uyğunlaşdırın: sıyıq, sup, kompot, kisel.

Valideynlər əvvəlcədən uşaq bağçasında olmalıdır

Uşaq bağçaya getməzdən bir neçə gün əvvəl gələcək tərbiyəçi ilə ünsiyyətdən utanmayın. Qrupdakı cədvəllə və bağçadakı şəraitlə tanış olun. Əvvəlcədən bağçanın ərazisini uşağa göstərmək üçün imkan tapın. İdeal variant: Uşaqların gəzinti vaxtını öyrənib körpəni həmin saatda bağçaya aparmaq. Qoyun körpəniz bağçadakı uşaqlarla ünsiyyətə girsin. Deyin ki, o da tez-tez bu uşaqlarla gəzməyə çıxacaq və onlarla oynayacaq, bağçaya gedəndə təzə dostlar tapacaq. Onu tərbiyəçilərlə tanış edin.

Analar uşaq baxçasında- Saglamyasha.az


Çalışın ki, körpəniz oyun meydançasında tanış və dostlarınızın uşaqları ilə ünsiyyətdə olsun! Ola bilsin ki, tanışlarınızdan hansınınsa uşağı elə həmin bağçaya gedəcək. Belə olarsa, körpəniz yeni mühitə daha tez və asan uyğunlaşar.

Uşağı bağça ilə qorxutmayın

“Yemək istəmirsən? Yaxşı, gedərsən bağçaya, orda səni necə lazımdır məcbur edərlər…” “Sözə baxmırsan? Bax səni bağçada yaxşıca cəzalandırarlar!” və s. Uşağa başa salın ki, ana hər zaman onun yanında ola bilməz.
İzah edin ki, ana işləməlidir. Qısa müddətlik körpənizi yaxın əqrəbanızın yanında qoya bilərsiniz. Lakin uşağa mütləq deyin ki, tezliklə qayıdacaqsınız, hətta dəqiq vaxt da demək olar. Körpə alışmalıdır ki, əgər onun hansısa müddətə qoyub gedirlərsə, bu qorxulu deyil, anası mütləq onun ardınca gələcək.

Uşağın bağçaya adaptasiya müddətində məzuniyyət götürün

Yaxşı olar ki, ilk günlər uşağı qısa müddətə bağçaya gətirəsiniz, məsələn, gəzinti vaxtında, sonra nahara qədər və beləliklə, tədricən iki həftə ərzində bağçada qalma vaxtını uzatmaq olar. Körpənizi bağçada qoyub gedərkən hər gün ən sadə rituallara riayət edin: Mütləq öpün, sağollaşın, hökmən onu götürməyə gələcəyinizi deyin və gedin, hətta o, ağlamağa başlasa belə geri qayıtmayın. Hər gün belə hadisələrlə qarşılaşan tərbiyəçilər uşağın diqqətini dağıtmağı və valideyn getdikdən sonra onu sakitləşdirməyi bacarırlar. Qoyun uşaq ilk günlər bağçaya gələrkən özü ilə ən sevimli oyuncağını da gətirsin, belədə o daha sakin və rahat olar.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button