fbpx
Ailə uşaqPsixologiya

Uşağınızla göz kontaktı qura bilirsinizmi?

Bildiyimiz kimi hazırkı ən qlobal problemlərdən biri uşaq-valideyin ünsiyyətinin düzgün qurulmamasıdır. Uşaqlarla ünsiyyət zamanı göz təması çox önəmlidir. Bu uşağın danışılanları daha yaxşı qavraması, özünü dəyərli və vacib hiss etməsi üçün əsas amildir. Bu səbəbdəndir ki, uşaqlar valideyinlərinə bir şey göstərdikləri və ya bir söz dedikləri zaman çənəsindən tutub dartarlar, çəkərlər və özlərinə baxmalarını istəyərlər. Neçə yaşında olursa olsun uşaqla danışarkən göz kontaktı qurmaq çox vacibdir.

Uşaqlarla göz təması Saglamyasha az
Uşaqlarla göz təması

Uşaqla qurulan ünsiyyətdə göz təması qədər ünsiyyət əsnasında gözlərin aldığı şəkil də əhəmiyyətlidir. Uşağınız yaşadığı bir problemi sizə izah edərkən gözlərinizi açıb təəccüblənmiş bir ifadə ilə ona baxsanız uşaq narahat olacaq. İzah etdiyi şeylərin izah edilməməsi lazım olduğunu düşünəcək və sizinlə paylaşmalarına məhdudlaşdırma gətirəcək. Eyni şəkildə gözlərinizi qısaraq ona baxmanız da əsəbi olduğunuzu düşündürəcək. Əhəmiyyətli olan bütün bu göz hərəkətlərinizin danışdıqlarınızı dəstəklər şəkildə olmasıdır.

Dik oturmaq və gülümsəmək aranızdakı bağı gücləndirər

Uşağınızla göz kontaktı Saglamyasha az

Uşaq ilə ünsiyyət qurarkən dik oturmağa diqqət göstərilməlidir. Ünsiyyət qurarkən arxaya söykənməniz ya da qıçlarınızı önə uzadaraq oturmanız uşaq üzərində diqqətə alınmadığı hissiyyatı yaradır. Bu səbəblə uşağınızla danışarkən dik oturmağa diqqət edin. Dik oturmanız və gülümsəməniz eyni zamanda uşağı valideynlər qarşısında özünü rahat, etibarda və xoşbəxt hiss etdirəcək. Uşaq yaşadığı müsbət və ya mənfi hadisələri sizinlə paylaşmaqdan çəkinməyəcək. Beləliklə ünsiyyətiniz daha sağlam olacaq və aranızdakı bağ güclənəcək.

Əgər 1 yaşındakı uşaq ünsiyyət zamanı (oyun oynarkən) göz kontaktı qurmursa bu bir siqnaldır. Göz kontakından qaçan, çəkinən uşaqlarda psixoloji əlamətlər:

  • Adına reaksiya vermir
  • Səslənərkən eşidir, lakin baxmır
  • Uşaqlarla oyunlar maraqsiz gəlir
  • Özünə qapanıq olur, bir kənarda öz özünə oynayır
  • Fikrini izah edə bilmir
  • Deyilənləri başa düşmür
  • Oyuncaqlarla davranışı və oynamağı bacarmır
  • Fırlanan əşyalara (paltaryuyan maşın) normadan artıq marağın olması və diqqətlə saatlarla baxması
  • Tapşırılan işi etmir
  • Aşırı və qəribə hərəkətləri vardır.

Əgər övladınızda yuxarıdakı psixoloji əlamətlər varsa mütəxəssisə müraciət edin.

Psixoloq Aysel Musayeva ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button