fbpx
Ailə uşaqSağlamlıq

Tip 1 diabetli uşaqların təqibi və müalicəsi

Tip diabet insulindən asılı diabet də olaraq tanınır ki, bədəndə insulinin olmaması ilə meydana çıxan xəstəlikdir. Şəkərli diabet çox su içmə, çox sidiyə çıxma, gecə sidik qaçırmaçəki itirmə ilə təzahür edən xəstəlikdir. Vaxtında müalicə edilmədikdə koma və ölümlə nəticələnə bilər. Tip 1 diabet xəstələri xəstəxanaya yatıb müalicə edildikdən sonra mütləq diabet təlimi ilə tanış olmalıdırlar.

Uşaqlarda diabet. Saglam yasa

Diabet təliminin içinə nələr daxildir:

  1. Şəkərin ölçülməsi
  2. İnsulinin müəyyən olunmuş nahiyələrə vurulması
  3. Çörək vahidinin hesablanması
  4. Şəkər yüksəkliyi ve düşüklüyü anında ilk yardım
  5. Şəkər xəstəliyinin ağırlaşmasından qorunma yolları

Bu müddüaları mənimsəyən ailələr həm şəkərlə yaşamağı öyrənir, həm də sözü gedən xəstəliyin ağırlaşmalarından qorunur.

Uşaqlarda diabet. Saglam yasa

1-ci müddəaya baxaq: Tip 1 diabetli pasientlər gündə ən az 6 dəfə şəkərini ölçməlidir. Səhər yeməkdən əvvəl və 2 saat  sonra, günorta yeməkdən əvvəl və 2 saat sonra, axşam yeməkdən əvvəl və 2 saat sonra. Ancaq bu şəkildə biz şəkərimizi tənzimləyə bilərik.

2-ci müddəa: İnsulin vurulma yerləridir ki bunlar çox vacibdir. Aşağıda şəkildə göstərilmiş yerlərə vurulmalıdır. Tip 1 diabetin insulindən başqa müalicəsi yoxdur. 

Tip 1 diabetli uşaqların təqibi və müalicəsi - Sağlam yaşa

3-cü müddəa: Yediyimiz qidanın kalorisinin hesablanmasıdır ki, bu da bizə insulin dozalarını təyin etməyə kömək edir. Bir dilim tost çörəyində ortalama 12 -15 qr şəkər var. 12-15 qr şəkər 1 çörək vahidi deməkdir. Bu vahid bizə müxtəlif qidaların tərkibindəki şəkəri hesablamağa kömək edir.

4-cü müddəa: Şəkərin 75 mq/dl dən aşağı düşməsi təhlükəlidir.Gündəlik şəkər yüksəlməsi o anda zərər verməsə də uzun zaman sonra zərərləri ortaya çıxır. Ancaq şəkərin ani düşməsi titrəmə, soyuq tərləmə, bayılma hətta koma ilə nəticələnə bilər. 75 dən aşağı düşən şəkərə o dəqiqə müdaxilə etmək lazımdır. Mütləq şəkəri yüksətlmək üçün maye səklində şəkərlərdən istifade etməliyik. (Meyvə suyu, suda həll edilmiş şəkər tozu, suda həll edilmiş bal, mürəbbə v.s)

5-ci müddəa: Tip 1 diabetin uzun dönəm göz ,boyrək, damar və sinirləri sıradan çıxaran ağırlaşmalarını bilirik. Bu ağırlaşmaların vaxtında qarşısını almaq üçün ölçülü yeməliyik, İnsulinləri vurmalıyıq və 3 ayda bir Endokrinologiya üzrə mütəxəsis tərəfindən müayinə edilməliyik.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button