Yemək istəyi sadəcə aclıqdan deyil, eyni zamanda duyğulardan dolayı da yarana bilir. Belə ki, gəlin insanları yeməyə sövq edən duyğularla tanış olaq:
- stres,qorxu və ya səbirsizlik
- depressiya və ya özünü sıxıntılı hiss etmək
- yorğun və halsız hiss etmək
- əyləncəyə və dincəlmək ehtiyacı
- sevgi,şəfqət, diqqət,eşq ehtiyacı,cinsəl istək
- əsəb,qəzəblənmək,xəyal qırıqlığı
- boşluqda olma,güvənsiz hiss etmək
Bu duyğuları isə yaradan təməl 4 duyğu mövcuddur:
- Qorxmaq – Özgüvənsizlik, “tikan” üstündə oturmaq, tərk edilmə qorxusu, kontrol problemləri, cinsi qorxular, narahatlıq, depresiya, yaxınlaşma qorxusu.
- Əsəbləşmək – Başqasına qarşı, ədalətsizliyə qarşı ,özünə qarşı, xəyanətə uğradıqda, istismar edildikdə, aldadılmış hiss etmək.
- Gərilmək – Stres,hüsran, xəyal qırıqlığı, əsəbləşmək, qısqanclıq, səbirsizlik, dincəlmədən çox işləmək.
- Utanmaq – Özünü günahlandırmaq, özünə nifrət etmək, özünə inamsızlıq, öz potensialına inanmamaq, sevilmədiyini düşünmək, özünü zəif hiss etmək, yaxşını hak etmədiyini düşünmək.
Güclü duyğuları içimizdə toplamaq, sirkə ilə qabartma tozunu bir araya gətirmək kimidir.
Bir duyğunu bastırmağa çalışmaqla o ortadan itməz, əksinə yoğunlaşar.
Onun vecinə almamağa çalışdıqca güclənər.
Bütün bu oxuduqlarından sonra özünü dinlə, sakitcə dinlə.
Və bax gör səndəki yemək istəyi hansı duyğudan irəli gəlir?
Hansı duyğunu bastırmağa çalışırsan?
Hansı duyğudan qaçmaq üçün yeməyi seçirsən?
Bu sualların cavabı səni həllə götütə bilər.
Dietoloq Aynurə Aşirova ilə əlaqə üçün buraya basın vəya +994 55 551 25 65
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.