fbpx
SağlamlıqAilə uşaqDüzgün Qidalanma

Uşaqlarınıza nə vaxt dondurma vermək olar?

Havaların isti keçməsi ilə əlaqəli olaraq digər bir müzakirə mövzusu isə uşaqların dondurma yeyib yeməməsidir.

Yeyə bilərsə nə qədər yeməsi daha yaxşı olar?

Hörmətli analar xürafələrə inanmayın. İnfeksiyaların, xəstəliklərin çoxunu hər hansı bir qida deyil, elə insanların özləri yayır. Dondurmanın hər hansı bir xəstəlik əmələ gətirdiyinə yönəlik bir sübut yoxdur. Onun da mexanizmi, hər hansı bir yerimiz harasa dəyəndə,zədələnəndə etdiyimiz buz tətbiqi kimidir.

Dondurma yeyən qız uşağı

Beləki ola bilsin ki, dondurmanı iri parçalarla və tez-tez yedikdə boğaz nahiyəsindəki damarları sıxsın, damarlar daralsın. Həmin vaxtda isə hər hansısa bir infeksiya boğaza düşdükdə damardan zəif keçdiyi üçün həmin nahiyədə iltihab yaratsın.Yəni bilinənin əksinə dondurma heçbir xəstəlik yaratmır. Ona görə də övladlarınıza dondurma verməkdən çəkinməyin.

Dondurma nə dərəcədə önəmlidir?

Uşaqların qidalanmasında yetərli kalsiumun olması önəmlidir. Süd, pendir, yoqurt ən önəmli kalsium mənbələridir. Bir stəkan süddə (240 ml) 300mq kalsium varsa, 1 dondurmada (52 qr) ancaq 70 mq kalsium vardır. Yaxın zamanlarda Amerikan Pediatr Akademiyasının “Uşaqlarda kalsiumun vacibliyi”adı ilə paylaşdığı hesabatda, kalsium ehtiyatını qarşılamaq üçün təklif olunan süd, yoqurt, pendir və müxtəlif tərəvəzlər, meyvələrlə (Kartof, portağal,spanaq ) yanaşı dondurma da yer alırdı.

Uşaqlarınıza nə vaxt dondurma vermək olar? saglamyasha

2 yaşdan böyük olan hər uşaq ilin 12 ayı gündəlik 100 qr (1-2top) dondurma yeyə bilər. Hətta tərkibi enerji, zülal , karbohidrat bir çox vitaminlə zəngin olan dondurmanın artıqlamasıyla xeyri də var.

Sadəcə diqqət edəcəyiniz məqamlar bunlardır ki, övladınız dondurmanı ya xırda parçalarla ya da yalayaraq yesin.Həmçinin dondurmanı otaq temperaturunda 1-2 dəqiqə saxladıqdan sonra verin.

Zəhərlənmədən necə qorunmalı?

Sizin narahat olacağınız hissə isə dondurma zəhərlənmələridir. Çünki dondurma əriyən zaman tərkibi süd olduğu və süd isə qidalı mühit sayıldığından orada bakteriyaların artıb çoxalması ehtimalı yüksəkdir. Həmin dondurmalar isə yenidən dondurulduqda üzərində kristallar əmələ gəlir. Bütün bunlara görə də dondurma alarkən üzərinə diqqt edin. Əgr üzərində kristal hissələri gördünüzsə, nə özünüz yeyin nə də ki, övladınıza verin.

Qalan bütün hallarda övladınızı dondurmadan məhrum etməyin.

Pediatr Güleyşə Xəlilova ilə əlaqə üçün buraya basın vəya +994 51 614 06 88.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük

Back to top button