Dodaqlar üz gözəlliyinin ən vacib elementlərindən biridir. Gözəl və dolğun dodaqlara malik olmaq insanın özünə inamını təmin edir, üzünün gözəlliyini tamamlayır və xüsusi bir cazibədarlıq verir.
Dodaqları qalınlaşdırmaq ya da yaşla birlikdə incələn dodaqlara həcm vermək məqsədiylə dolğu tətbiq olunmaqdadır.
Dodaq dolğusu üçün hyaluron turşusu ehtiva edən dolğu maddələri istifadə olunur. Bu dolğu maddəsi dodaq toxuması ilə uyğun gəlir, asan forma verilə bilər. Dodaqlar çox hərəkətli orqan olduğundan, dolgu maddələri üzün digər hissələrinə tətbiq olunan dolğulardan daha sürətli sorulur.
Dodaq dolğusu sadəcə dodaqları həcmləndirir?
Dodaq dolğusu proseduru yalnız dodaqları böyütməyə deyil, həm də simmetrik , nəmli və canlı dodaqlara sahib olmağa kömək edir.Üz cizgilərinə bələd olan, anatomiyanı bilən təcrübəli həkim tərəfindən icra olunan dodaq dolğusu təbii görünüşü ilə insana xüsusi cazibədarlıq bəxş edir.
Dodaq dolğusu üçün hansı preparatlardan istifadə olunur?
Günümüzdə dodaq dolğusunu icra etmək üçün müxtəlif markalarda preparatlar mövcuddur, dodaq dolğuları hazır şprislərdə- 1ml (c.c) olur. Sağlamlığınızı təmin etmək üçün mütləq- CE sertifikatlı, FDA-təsdiqli, İSO-standartlarına cavab verən prepartlar istifadə olunmalıdır.
Həkim kosmetoloq Sona Nazim ilə əlaqə üçün buraya basın və ya +994504573833
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.