fbpx
SağlamlıqAilə uşaq

Loqopedik masaj nədir? Olar, olmazları | 2024

Nitq qüsurlarının və artikulyasiya aparatında olan problemlərin korreksiyası zamanı tətbiq olunmalı ən başlıca prosedur Loqopedik masajdır. Loqopedik masaj pasientin diaqnozunun ağırlığından asılı olaraq 30 dəqiqə və ya 45 dəqiqə müddətində tətbiq olunur. Loqopedik masaj əsasən əllərimiz və diaqnoza uyğun seçilmiş xüsusi loqopedik zondlar vasitəsilə aparılır. Loqopedik masaj zamanı artikulyasiya aparatındakı bir çox qüsurlar öz həllini tapır ( Hipertonuslu, hipotonuslu əzələlər, dişləmə, udma, çeynəmə, ağız suyu ifrazı, gərgin-sərt dil və dil kökü, nəfəs).

Proses müddətində bəzi qüsurlu hərflərində korreksiya olunduğunu da müşahidə edirik. Buna səbəb odur ki, bəzi pasientlərin nitqindəki qüsurlar sırf artikulyasiya aparatındakı problemlərdən qaynaqlanır. Buna görə də Loqopedik dərslərdən öncə mütləq və mütləq şəkildə loqopedik masaj tətbiq olunmalıdır.

Loqopedik masaj Saglamyasha.az

Doğru bilinən yanlışlar


Loqopedik masaj yalnız üz masajından ibarət deyildir! Loqopedik masaj diafraqmadan başlayaraq, boğaz, qırtlaq, üz, boyun arxası, qulaqlar, ağız içi və nəhayət əl, barmaqlar masajı ilə yekunlaşmalıdır. Masaj zamanı diqqət edilməli nüanslardan biri də hər dərsdən əvvəl ağız infeksiyasının və diş probleminin olub olmadığını yoxlamaqdır. Qrip, qızdırma hallarının da olub olmamağı yoxlanmalıdır.

Çünki, bu problemlər olan zaman loqopedik masaj əks göstərişlər törədə bilir. Bunlarla yanaşı bir çox yeni metodlardan da ( aqua və kriyoterapiya, kinezoteyp, denas pkm aparatı) istifadə olunur. Bu metodların hər birini edən şəxs mütəxəssis olmalıdır və mütləq üzdəki sinirləri tanımalıdır. Yoxsa masaj heç bir fayda verməz və fəsadlar törədə bilər.
Özünüzü və əzizlərinizi mütəxəssislərə əmanət edin.

Defektoloq-Loqoped Aytac Yusubova ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button