- Evdən çıxdınız, pilləkanlardan enməmiş “Görəsən qazı bağladım? və ya “televizoru söndürdüm?” İçinizə bir qurd düşdü, yenidən qayıdıb nəzarət etdiniz?
- Yolda gedərkən birinə toxundunuz “Görəsən mənə xəstəlik yoluxdu?” deyə düşünüb həkimlərə, analiz verməyə getdiniz?
- Dua oxuyarkən, namaz qılarkən ağlınıza Allaha, peyğəmbərə, müqəddəs dəyərlərə təhqir vəya üsyan fikirləri olur?
- Eviniz çirklənər deyə qonaq qəbul etmək istəməmək etsəniz belə onlar getdikdən sonra hər yeri təmizləmə halları baş verir?
- Görəsən uşağıma, yoldaşıma zərər verə bilərəm? (Əlində bıçaq olanda bıçaqla vura bilmə fikirləri vəya yüksəklikdə olduqda uşaqı burdan ata bilərəm fikirləri )
- Başqasının oturduğu yerdə otura, it pişik keçdiyi yoldan keçə bilməmək olur?
- Ağlımı itirərəm deyə daimi qayğılı olursuz?
- Pərdələrin, paltarlarınızın hər şeyin simmetrik olmağını istəyirsiz. Simmetriklik pozulduqda əsəbi, gərgin olma halları olur?
- Beyninizdə sözləri təkrar eləmə, maşın nömrələri əzbərləmə, binaların mərtəbələrni saymaq halları olur?
- Hər hansı bir şeyə toxunduqda xəstəlik yoluxar deyə saatlarca əlini yuma halları və ya uşaqa xəstəlik yoluxar deyə yerə qoymaq istəməmək halları olur?
Obsessiya nədir?
OBSESSİYA – Qeyri-iradi gələn şəxsi narahat edən, çətinlik və stress meydana gətirən, iradəylə uzaqlaşdırıla bilməyən təkrarlayan düşüncələrdir.
KOMPULSİYA – Obsessiv düşüncələri qovmaq və bu düşüncələrin meydana gətirdiyi çətinlikləri azaltmaq üçün edilən və istənmədən təkrarlayan hərəkətlər (Məs: Xəstəlik yoluxmasın deyə əlləri saatlarca yuyub rahatlamaq).
Bu xəstəlik təxminən 50 nəfərdən birində rast gəlinir. Xəstəliyin yaranmasında bioloji, psixoloji faktorlar əsas rol oynayır. Uşaqlığında həddən artıq təzyiq ve intizam altında yetişdirilən uşaqların bu xəstəliyə tutulma riski yüksəkdir.
Hansı halda xəstəlik hesab edilə bilər?
Əgər bu fikirlər gündəlik işlərini görməsinə mane olursa, fikirlərin davamlı təkrarlanması və bu təkrarlanan düşüncə və hərəkətlərin şəxsdə daimi olaraq çətinlik yaratması hallarında.
Psixiatr Bəxtiyar Mustafayev ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük