fbpx
Sağlamlıq

Osteoartrit xəstəliyi nədir? Oynaq duzlaşması, müalicəsi | 2024

Nisbətən daha yuxarı yaşlarda müşahidə olunan oynaq xəstəliyidir. Xalq arasında bu xəstəliyə “oynaq duzlaşması”, “kirəclənmə” xəstəliyi də deyilir.

Osteoartrit xəstəliyi nədir? Oynaq duzlaşması, müalicəsi - Saglamyasha az

Oynaq duzlaşması necə əmələ gəlir?

Əksər vaxt yaşlanmaya bağlı oynaqların üzərində olan qığırdaq təbəqəsinin nazilməsi-əriməsi nəticəsində, daha çox oynaq arasıyastıqların,bağların zədələnməsi, oynaqarası məsafənin daralması və oynaq ətrafı əlavə sümük çıxıntılarının əmələ gəlməsi ilə özünü göstərir.

Osteoartrit xəstəliyi ən çox dizlər, onurğa nahiyyəsinin bel, boyun nahiyyəsində, əl oynaqlarında, çiyin, qalça oynaqlarında müşahidə edilir.

Osteoartrit əlamətləri :

  • Oynaqlarda ağrı səhər tutqunluğu
  • Oynaqlar üzərində şişkinlik
  • Bərk düyünlərin olması
  • Hərəkət zamanı “çıtırtı” səsi və ya “qar xışıltısının” səisinin gəlməsi
  • Hərəkət zamanı ağrının daha çox olması

kimi şikayətlərlə özünü biruzə verir. Bu xəstəlik zamanı diz oynaqları zədələnərsə pilləkən düşdükdə ağrının daha çox olması, çöməlmə hərəkətini edə bilməməsi, çiyin oynaqlarında qolları yuxarı istiqamətdə hərəkət etdirə bilməmək.

Əl barmaqları zədələnməsi zamanı oynaqlar üzərində düyünlərin əmələ gəlməsi, əyilmələrin formalaşması və ağrının olması müşahidə edilir.

Osteoartrit xəstəliyi nədir? Oynaq duzlaşması, müalicəsi

Oynaq duzlaşması diaqnozu necə qoyulur?

Sorğu zamanı istirahaətlə azalan, hərəkətlə artan oynaq ağrısı, oynaqlarda səhər buxovlanması, fiziki müayinənin aparılması, düz rentgenoqrafiya müayinəsi və lazım olarsa digər instrumental müayinələrdən istifadə edilir.

Osteoartrit xəstəliyi necə müalicə olunur?

Bu xəstəlik zamanı oynaqlarda yaranmış deformasiyaları geriyə qaytaracaq dərman müalicəsi yoxdur. Lakin təyin edilmiş müalicənin məqsədi ağrını azaltmaq zədələnmiş oynağın hərəkətini təmin etməkdir. Fizoterapiya və dərman müalcəsi çox vaxt eyni zamanda təyin edilir.

Bəzən də cərrahi müalicə metodlarına da müraciət edilə bilər. Müalicələr içərisində dəstəkləyici müalicə metodları da var. Bunlara qlükozamin/xondration sulfat/hialironik asid tərkibli preparatlarını göstərmək olar.

Lakin bu preparatları qəbul etməzdən əvvəl, mütləq revmatoloq həkiminizlə məsləhətləşmək lazımdır. Çünki bu dərmanlar orqanizmdə su və duzu tutaraq ödem, arterial təzyiqin yüksəlməsini əmələ gətirə bilər.

Osteoartrit xəstəliyi nədir? Oynaq duzlaşması, müalicəsi

Məsləhətlərim

Oturarkən və ya yatan zaman kürəyinizə düzgün təmas etmək lazımdır. Əlinizdə baş barmaq zədələnərsə, baş barmaq “Splinti”-hazır sarğısından istifadə edin. Oynaqlarınızı gücə salacaq hərəkətlərdən uzaq durmaq. Oturarkən ayaqları bükmədən, uzadaraq oturmaq lazımdır.

Uzun məsafəni yeriməyi planladıqda dizlikldən istifadə edin. Artıq çəkiniz varsa arıqlamaq lazımdır. Çünki artıq çəki osteoartriti həm sürətləndirir, həm də ağrını artırır. Un və şəkərli qidalardan az istifadə edin. Hər gün idmanla məşğul olun.

Hər zaman sağlam qalmanız diləyiniz ilə.

Revmatoloq Dr.Vüsalə Atakişiyeva ilə əlaqə üçün buraya basın və ya +994 55 401 84 14.

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button