Depressiya nədir? – “yoluxucu” xəstəlikdir çünki, depressiyadan əziyyət çəkən şəxs psixoloji olaraq həyat yoldaşı, uşaqları, yaxınları üçün də psixoloji diskomfort yaradır. Həmçinin valideynləri depressiyadan əziyyət çəkən uşaqlar, psixoloji sağlam valideynləri olan uşaqlarla müqayisədə depressiyaya daha meylli olur və gələcəkdə depressiyaya düşmə faizi daha yüksəkdir.
Bir daha qeyd eləmək istəyirəmki depressiya XƏSTƏLİKDİR, əgər yaxınınız və ya özünüz bu xəstəlikdən əziyyət çəkirsizsə depressiyaya dırnaq arasi yanaşmaq, “əşi boş ver” demək əvəzinə müalicə olunmağı məsləhət görməyiniz daha məqsədə uyğundur.
🔊Depressiyanın əlamətləri:
3 əsas əlaməti:
- Günün çox hissəsi əhval-ruhiyyənin aşağı olması
- Əvvəllər zövq aldığı heçbir şeyə marağın olmaması,heçbir şeydən zövq ala bilməmək
- Gün ərzində tez yorulma,halsızlıq
Və əlavə əlamətləri
- Hər bir şeydə özünü günahlandırma,özünü lazımsız,gərəksiz biri kimi hiss etmə
- İştah pozuntuları aşırı iştahlılıq(daha çox əsəbiləşən vaxt şirin şeylərə meyllik) vəya iştahsızlıq
- Yuxu pozuntuları gün ərzində yuxulu olma halı vəya gecə yuxuya getməkdə çətinlik,tez-tez qorxulu yuxular görmək
- Ağlamağa meyllik,kövrəklik
- Tək qalma istəyi,insanlardan uzaq olmaq,heçkimlə görüşməmək istəyi
- Cinsi istəyin azalması
- İntihara dair fikirlər
- Əsəbilik,hər xırda şeyə əsəbiləşmək,aqressivlik
Əgər bu əlamətlərdən ən azı 4-ü 2 həftə müddətində davam edirsə o zaman psixiatra müraciət etməyiniz məsləhətdir.
DEPRESSIYA müalicəsi mümkün olan XƏSTƏLİKDİR
Psixiatr Bəxtiyar Mustafayev ilə əlaqə üçün buraya basın
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.