Serebral iflic formalaşmamış bir beyin problemidir. Səbəb olaraq dölün ana bətnində aldığı travmalar, doğum anında yaşanan problemlər, doğumdan sonra yəni erkən yaş dövründə uşağın baş beyin sahəsində aldığı zədələr aid edilir.
Serebral iflic, bədəndə yaranan hərəkət pozğunluğuna görə 4 növə bölünür:
- Ataksik növ
- Diskinetik növ
- Spastik növ
- Qarışıq növ
Uşağın serebral iflic olacağına ehtimal yaradan amillər:
- Uşağın 2 kilodan az dünyaya gəlməsi.
- Erkən doğuş
- Asfiksiya
- Əkiz hamiləlik
- Sarılıq
Serebral iflicli uşaqların fiziki inkişafında müəyyən problemlər olduğu kimi, onların nitqində də müəyyən geriləmələri olur… Bu tip uşaqların nitqində ən çox rast gəlinən nitq qüsuru Dizartriyadır.
Dizartriya zamanı yaranan çətinliklər:
- Ağız suyunun axması
- Çənənin passiv hərəkət etməsi
- Nitq aparatının tamamilə sıradan çıxması
- Əmmə,udqunma,çeynəmə aktında problemlərin olması.
- Cümlə qurmaqda,düzgün tələffüz etməkdə çətinlik.
Bu tip uşaqlarda korreksiya üsulu mütləq şəkildə kompleks halda aparılmalıdır. Kompleks yanaşma zamanı, istənilən uğurlu nəticəni daha tez əldə etmək olar.
Korreksiya zamanı, fizioterapevt, ortopediya, formokoloji müalicə bir-biri ilə sıx əlaqədə olmalıdır. Daha sonra isə nitqdə olan problemlər loqoped tərəfindən korreksiya edilməyə başlanılır.
Korreksiyaya loqopadın ilk olaraq artikultasiyasında olan problemlərindən başlanılır. Bunlara aid edilir:
- Ağız suyunun dayandırılması
- Dil, dodaq
- Çənə aktivliyini bərpa etmək
- Çeynəmə və udma aktının inkişaf etdirilməsi
- Tonusa uyğun masajın tətbiqi
- Nəfəs aktının bərpası
Loqopedik işlər bitdikdən sonra isə pedaqoji işlərə başlanılır. Nitq ehtiyyatının artılıması, passiv və aktiv nitq üzrə çalışmaların tətbiq edilməsi. Sensorik çalışmalar. Serebral iflicli uşaqlarla çalışarkən, hər şeydən əvvəl valideyinin səbrli olması ən vacib şərtlərdən biridir. Yalnız səbr, zaman, sağlam addımlarla uğurlu nəticə əldə etmək mümkündür.
Loqoped & Defektoloq Nigar Qədirli ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.