fbpx
Sağlamlıq

Sistem qırmızı qurdeşənəyi (SQQ) və ya Sistem Lupus eritematosus (SLE) xəstəliyinin yaranma səbəbləri, simptonları və müalicəsi | 2024

Orqanizmin öz hüceyrələrinə,toxumalarına qarşı yaranan ,onların yad maddə kimi qəbul edilməsi nəticəsində immun sisteminin demək olar ki, bütün bədən sistemlərinə təsir göstərə bilən xroniki iltihabı revmatoloji bir xəstəlikdir.


Revmatoloji və atoimmun xəstəliklər arasında sayılan Lupus xəstəliyi qan sistemi, oynaqlar, böyrəklər, ürək, ağciyərlər, sinir sistemi, həzm sistemi kimi bədənin demək olar ki, hər yerində klinik əlamətlər və sağlamlıq problemlərinə səbəb ola bilər.


Lupus xroniki bir xəstəlik olduğu üçün ara-sıra kəskinləşmələr müşahidə olunduğundan, müvafiq müalicə aparılmadıqda orqanlarda qalıcı zədələnmələrə və ciddi fəsadlara səbəb ola biləcək sağlamlıq problemidir. Bu mənada xəstələrin xəstəlikləri haqqında dəqiq və kifayət qədər məlumat sahibi olmaları və müalicəyə riayət etmələri son dərəcə vacibdir.

Sistem qırmızı qurdeşənəyi (SQQ) və ya Sistem Lupus eritematosus (SLE) xəstəliyinin yaranma səbəbləri, simptonları və müalicəsi

Sistem Lupus eritematosus xəstəliyinin yaranma səbəbləri nələrdir?

İmmun sisteminin bədən toxumalarını,hüceyrələrini nə üçün yad maddə kimi qəbul etdiyi dəqiq bilinməsə də, lupus xəstəliyi üçün aşağıdakı risk faktorları xəstəliyin üzə çıxmasında böyük rol oynayır.

  • Genetika: Araşdırmalar zamanı müəyyən genetik xüsusiyyətlərə malik insanların Lupus simptomlarını inkişaf etdirmə ehtimalının daha yüksək olduğunu göstərilmişdir.Bu araşdırmalarda 50-dən çox riskli gen müəyyən edilib.
  • Ətraf mühit faktorları: Siqaret çəkmə, stresli həyat tərzi, silisium və oxşar zəhərli maddələrə məruz qalma kimi ətraf mühit faktorlarının Lupusun inkişafına təkan verdiyi bilinir.
  • Hormonlar: Estrogen hormonu kimi bəzi hormon səviyyələrindəki balanssızlığın Lupusun inkişafına təsir edə biləcəyini göstərən tədqiqatlar var.
  • İnfeksiyalar: Sitomeqalovirus (CMV), Epştein-Barr virusu (EBV) kimi bəzi viral infeksiyalardan sonra immun sisteminin orqanizmi təhlükə kimi qəbul etməsi nəticəsində Lupus inkişaf edə bilər.
  • Dərmanların yan təsirləri: Revmatoloji xəstəliklərdə istifadə edilən hidralazin, quinidin və ya bioloji agentlərə görə insanlarda Sistem qırmızı qyrdeşənəyinə bənzər simptomlar yarana bilər.
  • Bunlardan başqa, xüsusilə 15-44 yaş arası insanlarda, qadınlarda, qaradərililərdə və ailələrində Lupus inkişaf ehtimalı cəmiyyətin qalan hissəsi ilə müqayisədə olduqca yüksəkdir.

Bundan əlavə, lupus xəstəliyi erkən dövrdə müalicə ilə effektiv şəkildə nəzarət altına alınmazsa,uzun müddətdə bəzi orqanlarda qalıcı zədələnmələrə səbəb ola bilər və ciddi fəsadlarla nəticələnə bilər. Bunlara böyrək zədələnməsi ilə müşayiət olunan böyrək çatışmazlığı, sümük iliyinin zədələnməsi və immun sisteminin çatışmazlığı nəticəsində yaranan anemiya, ağciyərin zədələnməsi ilə müşayiət olunan davamlı nəfəs darlığı və öskürək daxildir.

Sistem qırmızı qurdeşənəyi (SQQ) və ya Sistem Lupus eritematosus (SLE) xəstəliyinin yaranma səbəbləri, simptonları və müalicəsi

Sistem Lupus eritematosus simptomları hansılardır?

Lupus xəstəliyi bədənin demək olar ki, hər bir toxumasına təsir göstərə biləcəyi üçün klinik mənzərə xəstədən xəstəyə əhəmiyyətli dərəcədə dəyişə bilər. Yenə xəstəliyin gedişində dalğalanmalar səbəbindən simptomlar yox ola bilər və ya fasilələrlə güclənə bilər. Bu kontekstdə lupusun gedişində aşağıdakı simptomlar görünə bilər:

  • Yüksək hərarət
  • Zəiflik – yorğunluq
  • Əzələ zəifliyi və geniş yayılmış əzələ ağrıları
  • Gəzici oynaq ağrısı, xüsusilə əl barmaq oynaqları kimi kiçik oynaqlarda
  • Üzdə tipik kəpənəkvari səpkinin olması
  • Dəri səthində qızartı, səpgi və ya şişkinlik
  • Günəşə qarşı hiper həssaslıq; xüsusilə günəş şüalarına məruz qalma ilə dəri simptomlarının kəskinləşməsi
  • Saç tökülməsi və keçəlləşmə
  • Təkrarlanan ağrılı və ya ağrısız ağız yaraları.✔Ürəkbulanma qusma, ishal və ya qəbizlik kimi dəyişkən həzm problemləri
  • Barmaqların uclarında ağarma ,qırarıqlıq və ya solğunluq, xüsusilə stress və ya soyuğa məruz qalma zamanı bu əlamətlərin artması
  • Nəfəs darlığı,tənginəfəslik
  • Gözlərdə və ya ağızda quruluq
  • Sinə ağrısı
  • Xroniki baş ağrıları
  • Depressiya, psixoz kimi psixoloji simptomlar
  • Yaddaş itkisi

Bundan əlavə, lupus xəstəliyi erkən dövrdə müalicə ilə effektiv şəkildə nəzarət altına alınmazsa,uzun müddətdə bəzi orqanlarda qalıcı zədələnmələrə səbəb ola bilər və ciddi fəsadlarla nəticələnə bilər. Bunlara böyrək zədələnməsi ilə müşayiət olunan böyrək çatışmazlığı, sümük iliyinin zədələnməsi və immun sisteminin çatışmazlığı nəticəsində yaranan anemiya, ağciyərin zədələnməsi ilə müşayiət olunan davamlı nəfəs darlığı və öskürək daxildir.

Sistemli qırmızı qurdeşənəyi diaqnozu necə qoyulur?

Lupus xəstəliyi bədənin demək olar ki, hər bir toxumasına təsir edə bildiyindən və bir çox xəstəliklə ümumi simptomlara malik olduğundan, diaqnoz qoymaq üçün mütəxəssis həkim tərəfindən ətraflı müayinə tələb olunur. Bu istiqamətdə xəstəlik tarixçəsi və həkim tərəfindən edilən ətraflı fiziki müayinə nəticəsində lazım görüldüyü təqdirdə əlavə görüntüləmə və laboratoriya müayinələri tətbiq oluna bilər. Bütün bu müayinələr işığında əldə edilən məlumatlara uyğun olaraq xəstəliyin diaqnozu qoyula bilər.

Lupus diaqnozunda xüsusi laboratoriya testləri xüsusilə vacibdir. Bu çərçivədə tam qan sayımı, eritrositlərin çökmə sürəti,qaraciyər və böyrək funksiyası testləri, sidik analizi və antinüvə antikor testi (ANA) ən çox edilən müayinələr arasındadır. Bundan əlavə, lupusun daxili orqanlara təsir edib-etmədiyini müəyyən etmək üçün birbaşa döş qəfəsinin rentgenoqrafiyası və exokardioqrafiya kimi görüntüləmə testlərindən istifadə edilə bilər. Xüsusilə böyrəklərdə lupusun yaratdığı zərərin aşkarlanması böyrək biopsiyası tələb oluna bilər.

Sistem qırmızı qurdeşənəyi necə müalicə olunur?

Tədqiqatlara görə, Lupus diaqnozu aşağıdakı 11 əlamətdən 4-ü mövcud olduqda təsdiq edilə bilər:

  • Üzdə kəpənək formalı səpgi (malar raş)
  • Dəridə və ya baş dərisində kəskin sərhədləri olan ,topa şəkilli saç tökülməsi.(diskoid səpki)
  • Ağızda təkrarlanan xoralar
  • Oynaqlarda ,deformasiyasız təkrarlanan artritlər.
  • Ağciyərlərin və ya ürəyin xarici membranlarında mayenin iltihabı və yığılması (plevrit və ya perikardit)
  • Sidikdə zülal itkisi kimi böyrək zədələnməsinə işarə edən tapıntılar
  • Epileptik nöbetlər və ya psixoloji simptomlar kimi mərkəzi sinir sisteminin tutulmasına işarə edən tapıntılar
  • Anemiya və ya ağ qan hüceyrələrinin sayının azalması kimi hematoloji sisteminin zədələnməsi.
  • Günəşə. həssaslıq,fotosensiblizasya.
  • İmmunoloji testlərə görə lupusu göstərən müəyyən antitellərin olması (məsələn, anti-ds DNT, anti-Sm)
  • ANA pozitivliyi

Sistem qırmızı qurdeşənəyi necə müalicə olunur?

Bu xəstəlik xroniki autoimmin xəstəliklər sırasında olduğu üçün tam,birdəfəlik müalicəsi yoxdur. Lakin təyin edilən müalicənin əsas məqsədləri Lupus xəstəliyinə nəzarət etmək, simptomların kəskinləşməsinin qarşısını almaq və ağırlaşmaların inkişafının qarşısını almaqdır. Bu mənada müalicə ömür boyu davam etməlidir və xəstənin müalicəyə uyğunluğu müalicənin müvəffəqiyyətinə birbaşa təsir edə bilər.Yəni ,müalicə dövründə hər bir xəstəlik göstəricilərinin geriləndiyi müşahidə edilər,aparılan müalicə kəsilərək bir müddət xəstə izlənilə bilər.Biz buna xəstələyin “Remissya dövrü” yəni “Sağalma dövrünə “keçdiyini deyirik. Bəzən Lupus xəstəliyi zamanı müalicə dövründə kəskinləşmələr,müxtəlif ağırlaşmalar müşahidə edilə bilər,bu zaman müalicə həkimi təyin edilmiş dərman preparatlarında dəyişiklər edə bilər.

Sistem qırmızı qurdeşənəyinin dərman müalicəsi ilə yanaşı, xəstənin tez bir zamanda yaxşı nəticələr alması üçün mütləq aşağıda sadalanlara əməl etmək lazımdır.

Həyat tərzi dəyişiklikləri: Klinik müalicələrə əlavə olaraq xəstələrin müalicənin müvəffəqiyyəti üçün müəyyən həyat tərzi dəyişikliklərini davam etdirmələri çox vacibdir. Buna görə xəstələrə aşağıdakılara riayət etmək tövsiyə olunur:

  • Günəş işığı ilə birbaşa təmasdan çəkinin; Çölə çıxarkən günəşdən qoruyucu kremlər və eynəklərdən istifadə edilməlidir.
  • Adekvat və balanslı pəhriz vərdişləri qazanılmalıdır.
  • Gündəlik pəhrizdə duzun miqdarı azaldılmalıdır.
  • D vitamini, kalsium və fosfor kimi müəyyən vitaminlər və minerallar əlavə edilməlidir.
  • Daimi məşq edilməlidir.
  • Siqaret çəkmək kimi vərdişlər dayandırılmalıdır.

Sistem qırmızı qurdeşənəyi (SQQ) və ya Sistem Lupus eritematosus (SLE) xəstəliyininin dərmanla müalicəsi:

Lupus xəstəliyində istifadə olunan dərmanlar birbaşa xəstəliyin şiddəti ilə əlaqədardır. Bu dərmanların əsas məqsədi xəstəliyin əlamətlərini aradan qaldırmaq, immunitet sistemini sakitləşdirmək və kəskinləşmələrin qarşısını almaq və ağırlaşmaların inkişafının qarşısını almaqdır. Müvafiq olaraq, xəstələrə qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, ibuprofen, naproksen), steroidlər (prednizon kimi), malyariya əleyhinə dərmanlar (məsələn, hidroksiklorokin), immunosupressantlar (metotreksat kimi) və bioloji agentlər (məsələn anti-TNF blokerləri kimi) təyin edilə bilər.

Yadda saxlamaq lazımdır,Sistem qırmızı qurdeşənəyi xəstəliyi zamanı mualicəni mütləq Mütəxəssis Revmatoloq təyin etməlidir, əks təqdirdə düzgün təyin edilməmiş müalicə geriyə dönməyən ,qarşısı alınmayan zədələnmələrlə nəticələnə bilər.

Revmatoloq Dr.Vüsalə Atakişiyeva ilə əlaqə üçün buraya basın və ya +994 55 401 84 14.

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button