fbpx
SağlamlıqDietDüzgün Qidalanma

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

Bu dəfə dietik şəkərlərdən, zero içkilərdən yəni kimyəvi dadlandırıcılı (aspartam,sakarin və s.) məhsullardan danışaq. Onlar demək olarki bütün market qidalarının tərkibində olur. Şəkərdən çox daha şirin olduğu üçün daha çox istifadə edilir. Məsələn aspartam şəkərdən 200 dəfə, sakarin isə 300 dəfə daha şirindir. Bu dadlanıdırıcıların istifadə olunmasının səbəbi daha az madiyyat sərf edərək şirinliyin əldə olunması. Çünki, dadlanıdırıcıların 1 manatlıq miqdarı 10 manatlıq şəkərin işini görür.

Dietik şəkərlər saglamyasha

Burda əsas maraqlı olan aspartamın 0 kalori olmasına baxmayaraq kilo artırmasıdır. Qəribə olsa da bu həqiqətən belədir.Aspartamın tərkibində olan aspartin və fenilalanin amin turşuları insulinin ifrazını artırır.Ortada həqiqi şəkər olmadığı üçün də insulin qandakı aclıq şəkərini aşağı salır.Bunun nəticəsində də insan acır və daha çox yeyir.Bu amin turşuların yüksək miqdarda qəbulu seratonin hormonun ifrazını azaldır, bu isə depresiyaya səbəb olduğu kimi iştahı da artırır.Yəni kalorisi 0 olan bir qida kökəldir.Demək ki, çəki atmaq üçün içilən zero içkilər tam tərsinə çəki artırır.

Qəhvəyi şəkər nədir?

Dietik şəkərlər saglamyasha


Qəhvəyi şəkər əslində təbii şəkər elə qəhvəyi rəngdədir. İllər öncə ticarətdə daha yaxşı yer tutmaq üçün şəkərin rəngini müxtəlif üsullarla ağardıblar. Amma qəhvəyi şəkər şəkər qamışından və şəkər çuğundurundan alınmış şəkərin ağardılmamış halıdır.Deməli dietik şəkər yeyəcəyik deyə ağ şəkərin daha təhlükəli formasını və daha bahasını istifadə etmiş oluruq. Mütləq şəkər qəbul etmək istəsək xalis bal,bəhməz,meyvə və meyvə qurularından istifadə edə bilərik. Ancaq təhlükəsizdir deyib də meyvəni tərəvəz qədər limitsiz qəbul etmək olmaz.Gündəlik alınacaq fruktozanın miqdarı 50qramı keçməməlidir.

Dietoloq Aynurə Aşirova ilə əlaqə üçün buraya basın vəya +994 55 551 25 65

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük

Back to top button