Aspirin müalicəvi xüsusiyyətləri ilə tanınınaraq, yüksək temperaturu azaltmaq və baş ağrısı ilə mübarizə üçün istifadə olunur. Ancaq bu həbin başqa bir xüsusiyyəti, gözəlliyinə əhəmiyyət verən xanımlar üçün çox effektiv olacaq.
Aspirin iltihabla mükəmməl mübarizə aparır, bu da sızanaq və ləkələrdən qarşı mübarizədə böyük rol oynayır. Bu məqalədə üz üçün aspirin tərkibli olan ən təsirli maskalar haqda danışılacayıq.
Yaglı dərilər üçün aspirin tərkibli təmizləyici maska
Qarışım dəridə yağlılığı aradan qaldırmağa kömək edir, rəng tonunui bərabərləşdirir. Müntəzəm istifadədən sonra yağlılığ faizi azalmasına kömək olacaq.
Tərkibi
Aspirin: 2 ədəd
Qliserin: 2,5 x/q
Jelatin: 1 ç/q
Bal: 3 ç/q
Hazırlanması və istifadəsi ;
Aspirin tabletləri un halına gələnə qədər yaxşıca əzilməlidir. Jelatinin üzərinə ilıq su tökərək bərabər paylanana qədər yaxşıca qarışdırılır. Əzilmiş aspirin məhlula töküb və qarışım tamamilə həll olunana qədər su buxarında qızdırılır.
Sonra,məhsulun bir az soyumasını gözləməliyik. Bu mərhələdə ona qliserin və bal əlavə olunaraq yenidən qarışdırılır.
Təmizlənmiş dəriyə çəkin və 15 dəqiqə saxlayın. Bundan sonra maskanı sərin su ilə yuyun.
Jelatin qarışım vacib hissəsidir. Tərkibində kollagenin olması səbəbindən cavanlaşdırıcı təsir göstərir. Üzdəki konturlarını bərpa etməyə, elastikliyini və möhkəmliyini bərpa etməyə və qırışlara qarşı mübarizə aparmağa kömək edəcək.
Üz üçün ağardıcı aspirin maskası
Bu, yalnız sızanaqlardan deyil, həm də qara nöqtələrdən və piqment ləkələrindən qurtulmaq istəyənlər üçün bir vasitədir. Aspirin və limonun birləşməsi dərini ağardır, iltihabı və qızartını aradan qaldırır.
Tərkibi
Aspirin: 6 ədəd
Limon suyu: 3 x/q
Hazırlanması və istifadəsi ;
Tabletlər hərtərəfli əzilməli və təzə sıxılmış limon suyu əlavə edilməlidir. Qarışım taxta qaşıqla qarışdırılmalıdır. (adidə olar)
Üzdə 10 dəqiqə saxlandıqdan sonra soda məhlulu ilə yuyulmalıdır. 1 litr su üçün-1 xörək qaşığı soda.
Limonu təzə çiyələk, qırmızı qarağat və ya moruq ilə əvəz edilə bilər.
Limon suyu ev maskalarını sevənlər tərəfindən tez-tez istifadə olunur. Bu komponent dərini təmizləmək üçün unikaldır. Limon dərini vitaminlər, kalium, kalsium və digər mikro və makro elementlərlə zənginləşdirir.
Üz üçün ağardıcı aspirin maskası
Aspirin əsaslı dərini ağartma üçün başqa bir maska reseptidə sizinlə bölüşmək istərdik.
Tərkibi
Aspirin: 1-2 ədəd;
Xama: 30 qr.;
Cəfəri
Hazırlanması və istifadəsi ;
Həblər əvvəlcə bir qabın içində əzilir, sonra eyni qabda cəfəri yarpaqlarını və qarışdırın. Sonda xama əlavə olunur (evdə hazırlanmış və ya yağ tərkibi 15% olmalı).
Qarışım təmizlənmiş üz dərisinə və dekolte bölgəsinə tətbiq olunur. Maska dəriyə hopur və qalıqları hibiscus infuziyasına batırılmış bir pambıq yastıqla çıxarmaq lazımdır.
İstersəniz, xama kefir ilə əvəz edilə bilər. Əzilmiş aspirinə əlavə olunan 1 çay qaşığı kifayətdir.
Yağ tərkibinin yüksək faizi olan xama cavanlaşdırıcı və ağardıcı təsir göstərir. Dərinin yaşlanma prosesini yavaşladır, bərpa edir. Yağ tərkibinin optimal faizi 15 %- dir.
Üz üçün təmizləyici aspirin maskası
Üzünüzü sızanaq və qara nöqtələrdən təmizləməyə kömək edəcək inanılmaz bir vasitəni sizinlə bölüşəcəyik. Tətbiqdən sonra dəri bərabər bir ton alaraq, yağlı parıltıdan qurtulacaq. Aspirin və aktivləşdirilmiş kömürün birləşməsi, dərinin təbəqələrindən qalmış kirin çıxarmağa kömək edəcəkdir.
Tərkibi
Jelatin: 1 ç/q
Aktivləşdirilmiş kömür: 1 ədəd
Aspirin: 1 ədəd
Hazırlanması və istifadəsi ;
Jelatinin tərkibinə az miqdarda isti su (1 çay qaşığı) tökülməli və 15 dəqiqə saxlanılmalıdır. Həblər toz halına gətirilməli və 1 çay qaşığı su ilə qarışıdılmalıdır.
Bütün qarışımlar bir qabda birləşdirilməli və jelatin tamamilə həll olunana qədər su buxarında qızdırılmalıdır. Maska masaj ilə üzə tətbiq olunur və əvvəlki qat quruduqdan sonra 2-3 dəfə təkrarlanır.
Bütün təbəqələr dəriyə tətbiq edildikdə, 10-15 dəqiqə gözləməlisiniz və sonra isti su ilə yuyun.Üzünüzü dəsmal ilə qurutduqdan sonra sevdiyiniz nəmləndiricini tətbiq edin.
Aktivləşdirilmiş kömür bədənin içəridən və xaricdən təmizlənməsinə kömək edən təbii bir vasitədir. Maskanın bir hissəsi olaraq, bu həb iltihablı fokusları bloklayır və qızartıları aradan qaldırır. Komponent yalnız mövcud olan problemləri aradan qaldırmır, həm də yenilərinin inkişafına imkan vermir.
Botoks effekti verən aspirin maskası
Aspirin və yumurta ağının sadə birləşməsi güclü təsirə malikdir. Tətbiqdən sonra dəri təmizlənir, ölü hüceyrələrdən qurtarır, məsamələr daraldır, qırışlar hamarlaşdırır
Tərkibi
Aspirin: 2-3 ədəd;
Yumurta: 1-2 ədəd.
Hazırlanması və istifadəsi ;
Həblərlər bir qabda əzilərək 1 çay qaşığı su əlavə edilir və qarışdırılır. Yumurtanın ağı sarısından ayrılmalı və çırpma zamanı aspirin məhlulu tökülür. Sulu köpük əldə etmək üçün möhkəm qarışdırmaq lazımdır.
Məhlul masaj hərəkətləri ilə tətbiq olunu. Dərini yüngülcə masaj edin və sonra quruyana qədər buraxın.
Bundan sonra, məhlul bitənə qədər bir neçə dəfə təkrar edin. Maska tamamilə qurudulduqda, sərin su ilə yuyulmalıdır.
Bundan sonra dəriyə nəmləndirici tətbiq edin. Bu gel, krem və ya serum ola bilər.
Dərini mükəmməl qidalandıraraq məsamələrinin azalmasına səbəb olacaq.
Aspirin tərkibli maskalar hazırlamaq və tətbiq etmək rahatdır və ilk tətbiqdən sonra gözləgörünən təsiri malikdir. Kosmetoloqların fikirlərinə əsasən, maskaların təsiri mütəmadi istifadə etdikdə bir çox prosedurlardan geri qalmır.
Digər komponentlər maskalara əlavə edilə bilər: hidrogen peroksid, kəsmik, soda. Həftədə 1-2 dəfədən artıq tətbiq etməyin.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.