Bir çoxlarınız bilirsiz ki, kəkələmədən əziyyət çəkən insanlar istər psixoloji cəhətdən, istərsə də fiziki cəhətdən çox gərgin olurlar. Bu gərginliklər onların nitqinə çox mənfi təsirlər göstərir. Biz mütəxəssislərin də edəcəyi ilk iş, onları bu gərginlikdən azad etməkdir. Hansı üsullardan istifadə etsək nəticələrimiz uğurlu alınar?
Kəkələmənin aradan qaldırılması
Kəkələmədən əziyyət çəkən insanlarla işləyərkən, biz təmiz, sakit, havalandırılmış otaq təşkil etməliyik. Bundan əlavə yanımıza gələn pasient, dar geyimlərdən uzaq olmalıdır. Mümkün qədər rahat və boş geyimlərdən istifadə etməlidir. Seanslarımız başlayarkən, biz kəkələmədən əziyyət çəkən uşaqlara xüsusi masajlar tətbiq edirik. Bu masajlar onların sinə, boyun və üz hissələrinə tətbiq edilir. Lakin buradakı əsas nüans, rahatladıcı nöqtələri tapmaq olacaq.
Digər bir nüans isə masaj zamanı uşağa dinlətdirdiyimiz musiqi olacaq. Bəli musiqilər. Normal anımızda belə musiqilər bizim ruhumuzu oxşayır. Həmçinin müxtəlif musiqilər var ki, bizə fərqli-fərqli hisslər yaşadır. Biz kəkələmədən əziyyət çəkən uşaqlarla işləyərkən seçəcəyimiz musiqilərə xüsusi diqqət yetirməliyik. Düşünməliyik ki, qarşımızdakı pasient gərgindir. Biz elə musiqilər seçməliyik ki, onların ruhunu oxşasın və onlarda olan gərginliyi azaltsın. Belə musiqilərə daha çox aid edilir :
- Dəniz ləpələrinin səsləri
- Yağış səsləri
- Pianinoda çalınan musiqilər və s.
- Tebiət səsləri və s.
Bu səslər insanın ruhuna toxunduğu üçün insanı sakitləşdirir və gərginliyi aradan qaldirir.
Loqoped & Defektoloq Nigar Qədirli ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.