fbpx
Ailə uşaqSağlamlıq

Uşaqlarda limfa düyünlərinin böyüməsi – limfadenopatiyalar

Limfadenopatiya – limfa düyünlərinin ölçücə böyüməsi və toxuma quruluşunun pozulması ilə gedən vəziyyətlərə verilən tibbi bir addır. Limfa vəzi böyüməsi, uşaq xəstəlikləri praktikasında çox sıx rast gəldiyimiz bir haldır.

Limfa düyünləri nədir və nədən böyüyər ?

Hansı ölçüdə böyümələr bizim üçün anlamalıdır?

Ümumi olaraq limfa düyünləri haqqında çox qısa bir bilgi verək. Limfa vəziləri – bədənimizdə yayğın şəkildə yerləşmiş, immun qoruma sistemində mühüm əhəmiyyətə malik olan, orqanizmə daxil olmuş, yad infeksion amillərə qarşı cavab verən bir sistemdir. İmmun sistemimizin ən önəmli bir hissəsini təşkil edir. Bədənimizdə perifeik və daxili yerləşmiş olmaqla 600 – ə yaxın limfa vəziləri var. Onlar boyun, körpücüküstü, qolaltı, döş qəfəsi, dirsək, qarın boşluğu, qaşıq, dizarxası nahiyələrdə yerləşərək, müxtəlif səbəblərdən böyüyə bilir:

Uşaqlarda limfa düyünlərinin böyüməsi- saglam yasha
  1. Reaktiv böyümə
  2. İnfeksion ( burda virus, bakterial, göbələk, parazitar infeksiyalar ola bilər)
  3. Autoimmun xəstəliklərlə əlaqəli böyümə
  4. Travma səbəbilə böyümələr
  5. Bədxassəli xəstəliklər zamanı böyümələr

Böyümüş limfa vəzi müayinəsində onun yerləşdiyi nahiyə, ölçüsü, ağrılı və ya ağrısız olması, hərəkətli və ya hərəkətsiz olması, sərt və ya yumşaq olması, səthinin hamar və ya nahamar olması,  ətraf toxuma ilə əlaqəsi olması və vəzin böyüməsi ilə yanaşı, başqa əlamətlərin varlığı qiymətləndirilir.

Uşaqlarda infeksiyalar ön planda olduğu üçün, ona  bağlı, immun sistemə dəstək olmaqla, limfa vəzilərin reaktiv böyüməsini görə bilirik. Bu ən çox rast gəldiyimiz haldır.

Reaktiv böyümələr 2-4  həftə içində geriləyərək normala dönər.

Böyümüş ölçüdə uzun müddət qalan və edilən müalicələrə baxmayaraq, geriləməyən proseslər mütləq araşdırmalıdır.

  • Limfa vəzi lokal, yəni bir nahiyədə və ya generalizə olmuş, yəni yayılmış formalarda ola bilər. Yayılmış limfadenopatiyalar, hər zaman patoloji bir vəziyyətə uyğun olaraq dəyərləndirilməlidir.
  • Yumşaq, hərəkətli, səthi hamar, ağrılı olan böyümüş limfa vəzilər xoş gedişlidir.
  • Sərt, nahamar, hərəkətsiz, ağrısız böyümüş limfa vəziləri bədxassəli proqnoza bir işarədir.
Uşaqlarda limfa düyünlərinin böyüməsi- saglam yasha
  • Böyümüş limfa vəzin üzəri hiperemik, ağrılı, həssasdırsa, bu onun iltihablaşmasını göstərir.
  • Sıx- sıx infeksiya keçirdiyi halda, əllə hiss olunan limfa vəziləri görülmürsə, uşaqda immun yetməzlik haqqında düşünülməlidir.
  • Boyun, qolaltı limfa vəziləri 1-1.5 sm, döş qəfəsi, qasıq limfa vəziləri 1.5 sm, dirsək limfa vəziləri 0.5 sm – dən artıq böyümələri anlamalıdır, araşdırılması gərəkdir.
  • Körpücüküstü ,dizarxası limfa vəzi böyümələri hər zaman patolojikdir, mütləq araşdırılmalıdır.
  • Boyun , çənəaltı, nəsə, qulaq ətraflı limfa vəzi böyümələri, çox zaman baş, boyun, saçlı dəri infeksiyalarına uyğun 2-cili reaktiv böyüyür.
  • Qolaltı böyümüş limfa vəziləri – infeksiyalar, Pişik cırmağı xəstəliyi, bəzi Autoimmun xəstəliklər zamanı, sol qolaltı limfa vəzi BCG limfadenitinə xas olaraq böyüyə bilər.
  • Döş qəfəsi limfadenopatiyalar – döş qəfəsi daxili orqanların limfatik drenajı rolunu oynayır. Həmin nahiyələrin xoş və bədxassəli xəstəliklərinə uyğun olaraq limfa vəzilərin böyüməsi baş verə bilər.
  • Qarın boşluğu limfa vəziləri – aşağı ətraf, qarın, çanaq içi orqanların bəzi  xəstəliklərində böyümüş vəziyyətinə rast gələ bilərik.
  • Qasıq limfa vəziləri- aşağı ətraflar, genital, aralıq nahiyə, qarın boşluğunun aşağı hissələrinin infeksiyalı xəstəliklərində , bədxassəli xəstəliklərində , körpələrdə bez dermatitləri zamanı böyüyə bilər.

Böyümüş limfa vəziləri nə zaman təhlükəlidir?

Böyümüş limfa vəzi gözləmədiyimiz nahiyədədirsə, ölçülər 2.5 sm – dən çoxdursa, hərəkətsiz, ağrısız ( daha böyük limfa vəzidə, vəzin kapsulu gərildiyindən ağrı ola bilər) , sərt, nahamar səthli, böyümüş limfa vəziləri bir-birilə birləşmiş haldadırsa, edilən müalicələrə baxmayaraq kicilmirsə, xəstədə çəki itirmə, temperatur, gecə tərləmələri, anormal qan dəyərləri və s varsa, araşdırılmalarin aparılması mütləqdir.

Bu zaman, geniş qan təhlilləri, döş qəfəsi KT, qarın boşluğu USM, dəri tuberkulin sınağı , böyümüş limfa vəzinin biopsisi və gərək duyulacaq başqa müayinələrdən faydalana bilərik.

Pediatr Nüşabə Cəbrayılova ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button