fbpx
PsixologiyaPsixiatriyaSağlamlıq

Uşaqların İmtahan qayğısı. Necə aradan qaldıraq?

İmtahan qayğısı: Abituriyentin imtahan öncəsi öyrəndiklərini, imtahan zamanı tətbiq edə bilməməsinəaşağı nəticə göstərməsinə səbəb olan qayğıdır.

Uşaqlarda imtahan qayğısı- İmtahan stresi - Saglam yasha

İmtahan öncəsi normal səviyyədə olan qayğı, həyəcan normaldır, abituriyentin imtahana daha məsuliyyətli hazırlaşmasına yardımcı olur. Ancaq aşırı qayğı imtahan zamanı xoş olmayan nəticələrə gətirib çıxarır.

İmtahan qayğısı, qorxusuna abituriyentlərdə olan avtomatik fikirlər səbəb olur : “Mən bacarıqsızam“, “Mən yaxşı nəticə göstərə bilməyəcəm“, “Mən pis nəticə göstərsəm hərkəs məndən üz döndərəcək”,Pis nəticə göstərsəm valideynlərimin üzünə necə baxacam“, “İmtahandan kəsilsəm mənim gələcəyim olmayacaq“, “Mənim həyatım bu imtahandan asılıdır” və s.

Uşaqlarda imtahan qayğısı- İmtahan stresi - Saglam yasha

Buna oxşar fikirlər abituriyentlərdə imtahan qayğısına, qorxuya səbəb olur və nəticə olaraq belə abituriyentlərdə imtahan zamanı əllərdə titrəmə, tərləmə, taxikardiya, özünə nəzarəti itirmə, diqqətini toplaya bilməmə, döş qəfəsində sıxılma hissi, başda sıxılma, baş hərlənmə, qusma hissi kimi əlamətlər müşahidə olunur və abituriyentin yaxşı nəticə göstərə bilməməsinə səbəb olur.

Uşaqlarda imtahan qayğısı niyə yaranır?

İmtahan qayğısının yaranmasında valideynlərin də müəyyən qədər rolu olur, daha çox təzyiq altında yetişdirilən uşaqlar, başqa uşaqlarla daha çox müqayisə olunan, bizim gələcəyimiz sənsən, sən imtahandan kəsilsən biz qohumların , tanışların üzünə necə baxarıq, sən mütləq yüksək bal toplamalısan, sən mütləq filan uşaqdan daha yaxşı nəticə göstərməlisən, sən mütləq bu universitetə qəbul olmalısan ,bu kimi abituriyentlərə olan təzyiqlər də onlarda imtahan qayğısının yaranmasına səbəb olur.

Uşaqlarda imtahan qayğısı- İmtahan stresi - Saglam yasha

Abituriyentlərə məsləhət: İmtahan öncəsi normal yuxu yatmaq mütləqdir. Bu, abituriyentin imtahan zamanı daha diqqətli olmasına yardımçı olar, imtahan zamanı aşırı qayğı həyəcan olarsa tənəffüs hərəkətləri etməklə bunu azalda bilərlər. Yavaş şəkildə burunla nəfəs alıb azca saxlayıb sakit şəkildə ağızla nəfəs verməklə rahatlaya bilərlər.

Hər dəfə aşırı həyəcana görə yaxşı nəticə göstərə bilmirsə, o zaman psixiatra müraciət etmək, daha yaxşı nəticə göstərə bilmək üçün fərdi konsultasiya məsləhətdir.

Psixiatr Bəxtiyar Mustafayev ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button