fbpx
Sağlamlıq

Revmatoid artrit xəstəliyi nədir? Əlamətləri və Müalicəsi | 2024

Revmatoid artrit xəstəliyi, revmatik xəstəliklər içərisində ən sıx görülən iltihabı revmatik xəstəliklərdəndir.

Əsasən ikitərəfli (simmetrik olaraq) hər iki əlin kiçik oynaqlarının zədələnməsi ilə özünü biruzə verir. Yalnız kiçik oynaqlar deyil, diz, qalça və çiyin kimi böyük oynaqlar da prosesə qoşula bilər. Dünyada ən çox rast gəlinən iltihablı revmatizmlərdən biridir və vaxtında müalicə olunmazsa,oynaqların ciddi deformasiyaları(əyilmələri) ilə nəticələnir.

Revmatoid artrit xəstəliyi nədir? Əlamətləri və Müalicəsi - saglamyasha az

Revmatoid artritin səbəbləri nələrdir?

Səbəbi bilinmir. Genetik faktor mühim rol oynayır. Lakin genetik faktor olan hər bir kəsdə Revmatoid artrit inkişaf etmir və ya əksinə genetik faktor olmadığı halda xəstəlik baş verə bilər. Xəstəliyi tətikləyib üzə çıxaran bir sıra faktorlar var ki, bunlardan uzun müddətli yuxusuz qalmaq, stressə məruz qalma, kimyəvi maddələrlə təmasda olmaq ,bəzi infeksion xəstəliklərə yoluxmağı göstərmək olar.

Bu xəstəlik yoluxucu deyil

Revmatoid artrit hansı yaşlarda görülə bilər?

Bu xəstəlik hər yaşda görülə bilməklə yanaşı, əsasən 20-50 yaşlarda daha çox müşahidə edilir. Qadınlar kişilərə nisbətən 3-4 dəfə daha çox xəstələnirlər. Hər ölkədə və hər irqdə görünən xəstəliklərdəndir.

Revmatoid artrit xəstəliyi nədir? Əlamətləri və Müalicəsi - saglamyasha az

Xəstəliyin kliniki əlamətləri nələrdir?

Xüsusilə əl barmaqları, biləklərdə səhər yuxudan oyandıqda tutqunluq “Səhər Buxovlanması”, hərəkətdə məhdudluq, yanaşı olaraq barmaqlarda şişkinlik ,ağrı, bəzən qızarıqlıqla başlayır.

Bu xəstəlik zamanı tək kiçik oynaqlar deyil, böyük oynaqlardan çiyin, dirsəklər, dizlər, ayaq biləkləri də zədələnə bilir. Uzun müddət müalicəsiz qalarsa və ya düzgün müalicə olunmazsa sadalanan oynaqlarda əyilmələr, deformasiyalar formalaşır.

Revmatoid artrit diaqnozu necə təstiqlənir?

Həkim tərəfindən toplanılmış dolğun anamnez, şikayətlər, kliniki əlamətlər və müvafiq laborator analizlər , zədələnmiş oynaqların rentgenoloji müayinəsi ilə diaqnoz təstiqlənir.

Revmatoid artrit necə müalicə olunur?

Erkən diaqnoz və erkən müalicə çox vacibdir. Bu xəstəlik zamanı xüsusi ümmun sistemi basqılayan dərman preparatlarından, iltihabəlehinə preparatlardan istifadə edilir.

Yadda saxlamaq lazımdır ki, bu təyin edilən dərmanları özbaşına azaltmaq, kəsmək və dozanı artırmaq olmaz.

Yalnız həkim təyinatı və nəzarəti altında bu müalicələr davamlı edilməlidir. Revmatoid artrit xəstəliyi autoimmun xəstəliklərdəndir. Yəni öz -özünə yaranan xəstəliklərdən. Bu xəstəlik tam sağalmasa da, təyin olunmuş düzgün müalicə ilə tam kontrol altına alına bilinəcək xəstəliklərdəndir.

Revmatoid artrit xəstəliyi nədir? Əlamətləri və Müalicəsi - saglamyasha az

Bu xəstəlikdən əziyyət çəkən pasientlərə tövsiyyələr..

İnsanlar “xəstəliyim heç vaxt keçməyəcək, mənimlə davam edəcək” kimi bədbinlik yaradan fikirləri özlərindən uzaqlaşdırmalıdırlar.

Burada müalicənin məqsədi xəstəliyin yaratdığı zədələnmələrin qarşısını almaq, xəstənin normal həyat tərzini davam etdirməsini təmin etməkdir ki, bu da günümüzdə mümkündür.

Müalicə ilə bağlı bilinməsi lazım olan başqa bir şey müalicənin hər xəstə üçün eyni olmamasıdır. Xəstənin vəziyyətinə və ya xəstəliyin şiddətinə görə müxtəlif müalicələr tətbiq oluna bilər.Müəyyən bir xəstə üçün ən uyğun müalicəni təyin etmək Mütəxəssis Revmatoloq həkimin vəzifəsidir.

🌱Sağlamlığınızı diqqətdə saxlayın🌱

Revmatoloq Dr.Vüsalə Atakişiyeva ilə əlaqə üçün buraya basın və ya +994 55 401 84 14.

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.

Back to top button