Şəkərli diabet nədir?
Bildiyimiz kimi şəkərli diabet karbohidrat mübadiləsinin pozulması ilə gedən xroniki bir xəstəlikdir. Bu zaman qandakı yüksək şəkər hüceyrələrə daxil ola bilmədiyindən damarlara toplanaraq onların daxili qişasını zədələyir. Bunun nəticəsində də sinirlər zədələnmiş olur. Bu sinirlərin zədələnməsinə tibdə neyropatiya deyilir.
Xəstələrdə hansı şikayətlər yaranır?
Əsasən sinirlərin zədələnməsinin müddətinə, ağırlığına görə şikayətlər dəyişir. Başlanğıc mərhələdə xəstələr əl və ayaqlarda corab şəklində uc tərəflərdə keyləşmə, üyüşmə, isti basma, iynəbatmasi kimi şikayətlərlə qarşılaşırlar. İləri mərhələlərdə bu keyləşmə hissi uc tərəflərdən daha da yuxarıya dogru ( məsələn dizə qədər) yayıla bilir. Eyni zamanda bu daxili orqanların narahatcılığı ilə də büruzə verə bilir. Məsələn xəstədə ürək döyüntülərinin çox olması ( ürək mənşəli avtonom neyropatiya) , sidiyi saxlamaqda çətinlik çəkmə, cinsi funksiyalarda azalma, qəbizlik və s.
Neyropatiya hansı fəsadlar verə bilər?
Şəkərli diabet xəstələrinin əl və ayaqlarda hissiyatlarının azalması onları çox isti şeylərdən qorunmağa mane olur. Bəzən ciddi yanıqlara səbəb ola bilir. Həmçinin yaranın daha da dərinləşməsinin fərqinə varmadıqları üçün ətrafların qanqrenasına gətirib çıxara bilir.
Bu fəsadlari müalicə etmək çox çətindir. Lakin qarşısını almaq da mümkündür. Önəmli olan həkimin xəstədə neyropatiyanın mövcudluğunu başlanğıc mərhələdə fərqinə varması və vaxtında müalicəyə başlanmasıdır. Təbiki burda əsas iş xəstələrin üzərinə düşür. Dietlərinə əməl etməli, qan şəkərini normada saxlamalıdırlar.
Hansi qidalar bu neyropatiyada faydalıdır?
- Brokoli
- Kələm
- İspanaq
- Çuğundur
Kimi tərəvəzlər qidalanmada üstünlük təşkil etməlidir. Bu tərəvəzlərin tərkibində olan liflər həm şəkərin bağırsaqlardan sorulmasını azaldır, həm də tərkibləri güclü antiokdsidan maddələr və alfa yağ turşuları ilə zəngindir. Alfa yağ turşuları isə sinirlərin mielin qişasının bərpası üçün çox vacibdir. Həmçinin B qrupu vitaminlər ( B1, B6, B12 ) də neyropatiyanın müalicəsində olduqca önəmlidir.
Terapevt Könül Zamanova ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.