Yanlış ölçüm yanlış müalicəyə səbəb ola bilər
Bu səbəbdən təzyiq dəyərlərinin düzgün ölçülmə qaydası….
Təzyiq dəyərlərinin ölçülməsi üçün ideal zaman günün hansı hissəsidir?
- Təzyiq dəyərləri hər gün eyni saatda, hər səhər və ya axşam dərman içməzdən öncə ölçülə bilər
Hansı təzyiq ölçüm cihazına üstünlük verməliyik, elektron yoxsa manual?
- Prinsip etibarilə fərq etmir . Əsas odurki ölçü cihazı ürək səviyyəsində tutulmalıdır.
Ölçməzdən əvvəl əməl etməmiz gərəkən vəziyyətlər varmı?
- Bəli,ölçümdən 5 dəq əvvəl dinlənmək, ağrı olduqda, üşüdükdə, stresli olduğumuz zamanlarda ölçüm aparmamalıyıq
Ölçüm hansı qoldan aparılmalıdır?
- Hər iki qoldan ölçüm aparılması mümkündür. Qoldakı dəyərlər arası fərq 15mmHg ya qədər ola bilər. Hansı qolda nəticə çoxdursa növbəti ölçümlər həmin qoldan davam etdiriməlidir. Kürək söykənmis vəziyyətdə və qolda kip paltar olamamasına da ayrıca diqqət etməliyik.
Ölçüm zamanı təzyqi dəyərinə nə təsir edə bilər ?
- Otağın temperaturu, cihaz mansetinin qol ölçüsünə uyğun gəlməməsi, qol hissədə dar geyim, ölçüm aparılarkən danışmaq, yemək yedikdən və ya su içdikdən dərhal sonra ölçümlər yanlış nəticələrə səbəb ola bilər .
Kardioloq Elvira Babaşova ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.