fbpx
Düzgün QidalanmaDiet

Şəkərin bilmədiyiniz faydaları və ziyanları

Şəkərə istək nə vaxt yaranır?

Şəkər olmaz, şəkər yasaqdır deyilir amma izahını verən ya da bunu bilən neçə nəfər var? Şirniyyat təklif edildiyində onu rədd etməyərək yemək ağız dadı, yenidən təklif edilməsini gözləmək şirniyyat istəyidir. Ağız dadı ziyan verməz amma şirniyyat istəyi kilo aldırar.

Bədən hərəkət etmək üçün şəkərə ehtiyac duyar və demək olar ki yediyimiz bütün qidaların tərkibində şəkər mövcuddur. Bədənin ani enerji ehtiyacı olan zaman yediyimiz qidalardan enerji alınması  gecikərsə o zaman bizdə şirniyyat istəyi ortaya çıxar.

Şəkərin faydaları və ziyanları. Saglamyasha.az

Ona görə də az yeyən, düzgün yeməyən,uzun müddət ac qalan insanlarda enerji əksikliyindən şirniyyat istəyi olur. Kilolu insanların enerji ehtiyacı çox olduğu üçün sadaladığımız hallarda onlarda şirniyyat istəyi ilə yanaşı xəmir xörəklərə istək,çörəklərə və ya meyvələrə istək daha çox olur. Sağlıqlı qidalanan insanlarda isə tam əksinə həzm prosesi düzgün olduğundan bu cür istəklər olmaz.

Şəkərin faydaları və ziyanları. Saglamyasha.az

Şəkərin hansı növü xeyirlidir?

İndi isə şəkərlərdən ,onların növlərindən,dietik məhsulların tərkibində olan “sağlıqlı” şəkərlərdən danışaq.Bildiyimiz kimi şəkər qamışının, şəkər çuğundurunun tərkibindəki əsas maddə saxarozadır, qarğıdalı və nişasta əsaslı şəkərlərdə isə əsas maddə qlükoza və fruktozadır. Saxaroza fruktoza və qlükozanın kombinə olunmuş halıdır. Qlükoza enerji olaraq istifadə edilir, fruktoza isə sonradan istifadə edilmək üçün yağ olaraq depolanır. Qlükoza şəkərin ən sadə formasıdır. Orqanizm hər şəkər növünü enerji olaraq istifadə edilmək üçün qlükozaya çevirir. Qan şəkəri olaraq damarlarımızda dolanan məhz qlükozadır.

Meyvə şirəsi niyə olmaz?

Hamını maraqlandırır ki, meyvə şirəsi niyə olmaz? Gəlin bu gün buna açıqlıq gətirək.
Fruktoza bədəndə mənimsənilmək üçün insulinə ehtiyac duymaz,ona görə də yağ olaraq ən çox depolanan şəkər fruktozadır. Məhz buna görə artıq miqdarda qəbul edilən fruktoza orqanizmdə diabet,ürək damar xəstlikləri, qaraciyər yağlanması, yüksək təzyiq problemin kimi bir neçə ciddi fəsadlara gətirib çıxarır.

Şəkərin faydaları və ziyanları. Saglamyasha.az

Yüksək  miqdarda fruktoza saxaroza məhsullarının qəbulunda həzm olunacaq qida miqdarı az olduğundan həzm prosesi sürətli şəkildə olar və qan şəkəri (qlükoza) yüksələr. Yüksələn qlükozanı tənzimləmək üçün mədəaltı vəzi daha çox insulin ifraz edər və çox miqdarda insulin ifrazı qlükozanın  enerjiyə çevrilmə müddətini gecikdirər. Həddən artıq şirniyyat yedikdən sonra yaranan yorğunluq hissinin səbəbi məhz budur.

Digər tərəfdən meyvəni bütün yediyimizdə fruktoza ilə bərabər lif və vitamin də qəbul etdiyimiz üçün həzm prosesi uzun çəkər və bu fruktozanın qlükozaya çevrilməsinə şərait yaradar. Bu da o deməkdirki, biz meyvələri bütün olaraq,lifləri ilə bərabər qəbul etməliyik, meyvə şirəsi şəklində deyil. Şəkər haqqında bloqun 2-ci hissəsi üçün buraya toxunun.

Dietoloq Aynurə Aşirova ilə əlaqə üçün buraya basın vəya +994 55 551 25 65

Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük

Back to top button