Hazırda uşaqlar üçün pudra istifadəsi yenidən dəbə düşüb. Məlum məsələ, haradansa kimsə belə bir nəticəyə gəlib ki, istilik səpkilərini pudra sağaldır.
Indi isə mən o səpkilərin əmələ gəlmə mexanizmini sizinlə paylaşacam. Artıq o zaman biləcəksiniz ki, pudra nəinki istilik səpkilərini sağaldır, hətta zərər verir.
Uşaqlarda istilik səpkilərinin ( bişməcələrin ) yaranma səbəbi budur ki, onlarda hər şey kimi tər vəziləri də zəif inkişaf edib və tər ifrazını həyata keçirən kanallar dardır. Nəticədə isə uşaq biraz tərləyən kimi, həmin kanallar ( dərinin ölmüş hüceyrələri ) vasitəsi ilə tıxanır, səpki formasını alır. Ona görə bu zaman uşaqları hər gün çimizdirməyiniz məsləhət görülür ki, kanallar tutulmasın.
Digər yandan sizlər də pudra vuraraq əksinə o kanalların üzərini biraz daha da örtürsünüz nəticədə problem daha da ağırlaşır.Eyni zamanda uşaq pudrası toz şəklində olduğu üçün büküşlərdə toplanır və dərinin infeksiyalaşma ehtimalını artırır.
Həmçinin aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, uşaq pudrasının tərkibində “Asbest” adlanan kimyəvi maddə vardır ki, ( onu toz şəklində saxlamaq üçün ) kanserogen təsir göstərir. Bu isə uşaq orqanizmi üçün daha çox təhlükəlidir.
Digər bir təhlükəsi isə bu tozu uşağa vurarkən toz hissəciklərinin tənəffüs yolları vasitəsilə ağciyərlərə çökür və ağciyər xərçəngi kimi ağır xəstəliklərin yaranmasına şərait yaradır.
Quruducu effektli birşeylər istifadə etmək istəyirsinizsə, uşaq pudrası əvəzinə övladınız üçün nişasta unu ( kraxmal ) vəya yulaf unu istifadə edə bilərsiniz. Əlbəttə ki, bu tozları isə pambığın üzərinə tökərək, bişməcə olan hissələrə yüngülcə, ehtiyyatla vurmalısınız ki, tozcuqlar uşağın nəfəs yollarəna daxil olmasın.
Pediatr Güleyşə Xəlilova ilə əlaqə üçün buraya basın vəya +994 51 614 06 88.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.