Məktəbəqədər dövrdə uşaqlarda mülkiyyət duyğusu inkişaf etmədiyi üçün onlar başqasının əşyalarını icazəsiz almağın pis davranış olduğunu başa düşməkdə çətinlik çəkirlər.
Buna görə də məktəb yaşına çatmayan uşağın oğurluq etməsini davranış pozğunluğu kimi dəyərləndirmək çətindir.
Uşaqlarda oğurluğun 12 səbəbi
- Valideyn övlad münasibətlərində yalnış üslub
- Həddindən artıq qayda-qanun qoymaq
- Uşağı müqayisə etmək
- Pula qarşı aşırı düşkünlük və xəsislik
- Maddi cəzanın verilməsi
- Uşağın ehtiyaclarının qarşılanmaması
- Uşaqda əvvəllər baş verən oğurluq davranışının möhkəmləndirilməsi
- Yaş xüsusiyyətləri
- Mərkəzçilik
- Bəyənmək, xoşu gəlmək
- Başqasının əşyası olduğunu başa düşməkdə çətinlik
- İnadkarlıq və prinsip səbəb ola bilər.
Uşaqlar niyə oğurlayırlar?
Böyüdükcə valideynlərindən, mühitdən sosial qaydaları, başqasının əşyasını icazəsiz götürməyin cəmiyyət qaydalarına uyğun olmadığını öyrənir. Ancaq bəzən bu qaydaları bilən uşaqların da oğurluq etdiyini görürük.
- Diqqəti mənfi olaraq cəlb etmək ehtiyacı
- Dostluq problemləri
- Evdəki iğtişaşlar
- Dürtüsellik
- Əşyasını götürən adamı cəzalandırmaq istəyi
- Valideynlərə və ya avtoritarlığa qarşı reaksiya
- Bədbəxtlik, yetərsizlik hissi
- Travma səviyyəli bir həyat hadisəsi
- Dostların təzyiqi
- Sosial status qazanmağa istək ( yəni özünü bununla sübut etdirmək ).
Dəyərsizlik və özünə inam, güvən hissinin aşağı olması
Uşağın özünü dəyərsiz hiss etməsi bu davranışı dəstəkləyir. Özünü yetərsiz ( dəyərsiz) hiss edən uşaq, dəyərli hesab etdiyi əşyaları oğurlamaqla özünü dəyərli etməyə çalışır.
Yetərsizlik hissləri olan valideynlərin həddindən artıq qoruyucu münasibəti və uşağa hər an nəzarət etmək cəhdləri uşağında yetərsizlik hisslərini gücləndirir.
Beləliklə, özünə güvənilmədiyini düşünən uşaq özünə inamını güvənini itirməyə başlayır.
Qısqanclıq və rəqabət hissi
Bacı-qardaş və ya digər uşaqlarla müqayisə edilən uşaqlar qısqanclıq rəqabət hisslərini yatırmaq üçün oğurluq davranışları göstərə bilərlər.
Buna görə, uyğunlaşma problemi olan uşaqlarda oğurluq qısqandığı və ya müqayisə edildiyi şəxsdən qisas almaq deməkdir.
Sevgisizlik və laqeydlik
Fiziki və maddi ehtiyacların ödənilmədiyi kimi, mənəvi ehtiyacların da təmin edilməməsi bu problemə yol aça bilər.
Uşaq digər əşyaları oğurlamaqla əldə edə bilmədiyi sevgi boşluğunu həll etməyə çalışır.
Bu səbəblə, yetim uşaqlarda, küçə uşaqlarında və ailələri tərəfindən uzaqlaşdırılan uşaqlarda oğurluq davranış tez-tez olur.
Məktəbəqədər uşaqların oğurluq davranışlarını göstərməməsi üçün valideynlər;
- “Mənim” və “başqasının “ anlayışlarını öyrətmək.
- ”İcazə almağı” göstərmək və rol model olmaq.
- Övladlarızla “başqasının əşyasını alanda nə ola bilər?“ sualı barədə danışın.
- Uşaqların evdə sahib olduqları əşyalara hörmətlə yanaşmaq və lazım olduqda icazə almaq.
- Evdə mülkiyyət anlayışını öz həyatlarından nümunə əsasında göstərmək.
- Qonaq gedərkən bir neçə oyuncaq götürərək “mənim – sənin” fərqinə kömək etmək.
- Ayrıca uşaqlarına öz oyuncaqları, karandaşları , paltarları və s. ilə bağlı mülkiyyət anlayışını, hissini yaşlarına uyğun şəkildə vermək.
- Hər zaman dürüstlüyünü mükafatlandırın.
- Uşaqlarınızla münasibətdə “qorxudan” bir silah kimi istifadə etməyin.
- Bir şey istədikdə, bunun düzgün yollarla-icazə alaraq, valideynə bildirmək, pul yığaraq onu almaq kimi.
- Oğurluq etməyin niyə səhv olduğunu söyləyin, bu mövzuda mümkün qədər birlikdə söhbət edin.
- İlk öyrəndiyiniz zaman da sakit olmağa çalışın. Bu sizin uşaqla olan sonrakı münasibətiniz həlledici olacaqdır.
Uşaqlarda oğurluq etmək davranışını necə aradan qaldıraq?
Aşırı reaksiya verilməməklə bu məsələnin vacib olduğu və ailə daxilində qiymətləndiriləcəyini bildirilməlidir. Heç bir şey olmamış kimi rəftar və ya digər valideyndən bunu gizlətmək düzgün yanaşma deyil.
Uşaq tərəfindən oğurlanan əşyanın geri qaytarılması, əvəzinə yenisi alınması və s. kimi düzəlişlər uşağın bu davranışını nəticəsinin anlamağını təmin edəcəkdir.
Uşaq bu davranışının nəticəsini yaşamalıdır. Bu, sərt bir cəza şəklində olmamalıdır. Uşaq davranışının sonunda baş verənlərə görə cavabdeh olmalı məsuliyyətini dərk etməlidir.
Əgər uşaq anlaya biləcəyi yaşdadırsa, “oğurlamaq” kəlməsindən istifadə edilməli və bunun “borc” dan fərqli bir şey olduğunu izah etmək lazımdır.
Bu cür davranışa görə cəzalandırmayın və ya qışqırmayın. O biri uşağın tərəfində olmamalıdır, oğurluqda günahlandırılmamalı, uşağınızın bir şeyi oğurladığına əminsiniz, amma bundan imtina edirsə, özünü qorumağa çalışır və başına nə gələcəyini əmin olmaq istəyir. Buna görə, valideynlər uşağın dürüst olmasını həmişə müsbət dəyərləndirməlilər.
Uşağa “oğruçu” və “yalançı” etiketləri yapışdırmadan, uşağı günahlandırmadan əsas səbəbləri başa düşməyə çalışılmalıdır. Valideyn məyus olduğunu qeyd edə bilər, amma bunu sevgidən məhrum etmə kimi təhdid etməməli və uşağın pis bir insan olduğunu deməməlidir.
Oğurluq davranışlı uşaqlara müraciət edərkən nəzərə alınmalı olan nüanslar:
- Günahlandırmaq və ittiham etməkdən çəkinmək
- Alçaldıcı, utandırılacaq münasibətdən çəkinmək
- Uşağı blok etməmək
- Təhqiramiz sözlərlə qürurunu tapdalamamaq
- Zorakılığa əl atmamaq
- Mənəvi ehtiyacı olan sevgi, qayğı və güvən duyğusunu içdən hiss etdirmək
- Duyğularını, çətinliklərini və problemlərini açıq şəkildə ifadə etməyə imkan vermək
Oğurluq müxtəlif səbəblərdən ola bilər. Əsas səbəbin nə olduğunu bilməklə uşağa kömək etmək mümükündür. Burada əsas məsələ uşağın bu davranışla bizə əslində nə demək istədiyini və uşağa necə kömək edə biləcəyimizi önə çıxarmaqdır.
Uşaqların oğurluq etməsinin qarşısını almağın yolları :
- Mülkiyyət anlayışını inkişaf etdirmək
- Lazımi maddi ehtiyaclarını ödəmək
- Xəbərsiz götürmək davranışlarına qarşı laqeyd olmamaq
- Düzgün rol model olmaq
- Uşaqla danışmaq, onu dinləmək.
Uşaq və yeniyetmə psixoloqu Gülnaz Süleymanova ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.