Əsrimizin ən böyük problemi olan piylənmə xəstəliyi məsum bir xəstəlik kimi görünsə də, yaş artdıqca bütün orqan və sistemləri sıradan çıxarır. Bu səbəbdən də uşaq yaşlarından bu xəstəliyin müalicəsinə başlanmalıdır.
Araşdırmalara görə hər iki valideyni piylənmədən əziyyət çəkən uşaqların 80%-i eyni xəstəlikdən əziyyət çəkir. Bununla yanaşı müxtəlif irsi və metabolik xəstəliklər piylənməyə səbəb olur. Əgər irsiyyətdə piylənmə problemi varsa belə ailələrin uşaqları piylənməyə meyilli olur.
Piylənmənin digər ən əsas səbəbi yemə alışqanlığıdır. Əgər biz uşaqlarımıza kiçik yaşlardan zərərli vərdişləri aşılayırıqsa nə qədər eləmə desəkdə uşaq yenə də o yolu tutacaq. Məs: Əgər ata və ana ev yeməkləri yemirsə, fast food tipli qidalara üstünlük verirsə, və ya şəkərli içkiləri uşağın gözünün önündə içirsə o zaman piylənmə xəstəliyi qaçınılmazdır.
Piylənmə bizə gələcəkdə hansı xəstəlikləri bəxş edəcək?
- Ürək-damar sistemi: Qanda yağların artması nəticəsində gənc yaşlarda intfarkt, insult və.s
- Tənəffüs sistemi: Gecə yuxuda xoruldama və nəfəs kəsilməsi, ani ölüm.
- Oynaq xəstəlikləri: Bədən ağır olduğu üçün diz oynaqlarında deformasiya, sümüklərin əyilməsi və ya qırılması.
- Tip 2 diabet: Piylənmədən əziyyət çəkən uşaqlarda insulin rezistentliyi olduğu üçün qanda şəkərin və insulinin yüksəlməsi baş verir. Nəticədə insulin yüksək olduğu üçün iştah artıqlığı meydana çıxır. Bu da çəkinin daha da artmasına səbəb olur.
Artıq çəkidən azad olmağın yolları
- 1.Bütün ailə üzvləri həyat tərzini dəyişdirməli.
- Axşam yeməyi ən gec saat 19:00 da yeyilməli
- Yanaşı gedən xəstəliklər varsa müalicə edilməli (Zob,şəkər v.s)
- Yemək rasionundan un məmulatları, qazlı və şəkərli içkilər çıxarılmalı.
- Əsasən zülal tərkibli qidalara üstünlük verilməli. Çörəyi tədricən azaltmalı. Yeyiləcəksə kəpəkli çörək yeyilməli.
- Gün içində ən az 2.5 lt su içməli (Yaşa görə dəyişir).
- Günə ən az 5 km yeriməli.
Unutmayın piylənmə xəstəliyi sizin aldığınız tədbirlərdən güclü deyildir.
Endokrinoloq Ziya Qurbanov ilə əlaqə üçün buraya basın.
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.