Oruc tutarkən qidalanmamıza, nə yeyib-içdiyimizə xüsusi diqqət ayırmalıyıq.
Qəbul etdiyimiz qida sağlam və faydalı olmalıdır!
⠀
İmsakda qəbul etdiyimiz qida gün ərzində bizi enerji ilə təmin etməlidir. Mürəkkəb karbohidrat, zülal, bol kletcatkalı məhsullardan istifadə edə bilərsiniz. Beləliklə günün sonuna qədər özünüzü gumrah hiss edərsiniz…
İmsakda qlikemik indeksi aşağı olan qidalara üstünlük verin. Məhsulun qlikemik indeksi nə qədər aşağı olsa bir o qədər çox sizi enerjili saxlayar və gec həzm olunar.
Məlumdur ki, zülal da aclıq hissini uzun müddətlik yox edir və insanı gümrah saxlayır. Zülal mənbəsi yalnız ət deyil, yumurta, paxlalılardan da istifadə edə bilərsiz.
Qidaları çox duzlu etməyin
Ədvalardan istifadə edin, limon suyu, göyərtilər.
Maye qəbuluna diqqət edin.
Məsləhət bilərdim ki qəhvə,çay, kofeinli mayelərdə bu müddətdə uzaq durasız. Sidik qovucu xüsüsiyyətləri olduğuna görə sizi susada bilərlər.
Suyun əvəzolunmaz olduğunu unutmayın.
İftar.
Adətən orucu xurma və su ilə açırlar. Xurmanın nə qədər xeyirli olduğunu növbəti postlardan birində izah edəcəm. Qısaca deyim ki, bu üsül:
- Aclıq hissini azaldır
- Artıq qida qəbulunun qarşısını alır
- Mədəni uzun aclıqdan sonra qida qəbuluna hazırlayır
- Bədənin enerjisini bərpa edir
- Qida rejiminin dəyişiklikləri ilə əlaqədər yarana biləcək qəbizliyin qarşısını alır.
Sağlam qidalanın. İftarfa yeməyinizə xüsüsi diqqət edin ki bir ay sonra “Ramazanda kökəldim” tipli mesajlar yazmayasız.
Balanslaşdırılmış bir rasion qurun özünüzə. Həm su, həm zülal, həm karbohidrat və yağlar qəbulu doğru və faydalı zamanda olmalıdır. Sizi enerji ilə təmin etsin, orucluq ayınız rahat keçsin.
Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin!
Dietoloq Leyla Mehman ilə əlaqə üçün buraya basın
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.