fbpx
Psixologiya

Psixoloqa niyə müraciət etməliyəm?

Bəzi insanlarda belə bir fikir var ki, psixoloqa getmək ayıbdır, ancaq zəif insan özüylə bacara bilməyib psixoloqa müraciət edər. Ən çox eşitdiyim fraza : “ Mən dəliyəm psixoloqa gedim?

Əzizim, psixoloqa müraciət etmək zəif olduğun və ya dəli olduğun anlamına gəlmir. Əksinə, öz problemlərinin travmalarının gözünün içinə dik baxmaq insanda cəsarət istəyir. Bir çox insan düşünür ki, əgər mən problemi içimə atsam, səsimi çıxarmasam daha yaxşıdı. Hətta özünün səbirli olmağı ilə fəxr edən insanlar da az deyil.
Psixologiya insanın bütün həyatını əhatə edən bir elmdir. Dünya praktikasından da görmək mümkündür ki, polis, məhkəmə, müəllim, reklam, şirkət, həkim, siyasətçi və.s psixoloqlarla birgə işləyirlər.

Psixoloqa müraciət. Saglamyasha

Psixologiya :

  • İnsan münasibətləri
  • Özünü tanıma
  • Psixosomatik xəstəliklər
  • Ailə daxili münasibətlər
  • Karyera , iş, pulla bağlı münasibət

Bunun kimi bir çox maddə əlavə etmək mümkündür.

Psixoloq nə üçün lazımdır?

Psixoloq sadəcə dərd dinləmək üçün deyil, bəzən insanın ağlı və hisləri onu narahat edir. Həyatı ilə bağlı mühüm qərar qəbul etməkdə tərəddüd yaşayır. Məhz elə bu zaman psixoloqa müraciət etmək çox önəmlidir. Verilən suallarla xəritəni gözünün önünə gətirərək , insanda bir çox dərketmələr ( insaytlar) baş verir.  İnsan bu anda qərar verir, necə olmaq, necə yaşamaq, münasibətini necə  davam etdirəcək. Hər bir insanın bu həyatda , zaman – zaman psixoloqa müraciəti çox vacibdir. Əgər bir insan bunun əhəmiyyətini anlasa, psixoloq qəbulundan çıxmaz.

Psixoloq Nurana Safar ilə əlaqə üçün buraya basın.

Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük


Back to top button