Bu dəfə araşdırma mövzumuz süd olsun, əsasən də paketli südlər. Sizcə pasterizasiya olunmuş və ya UHT li süd niyə xarab olmur?
Pasterizasiya olunmuş südlər 3 gün, UHT-li südlər 4ay, qaynadılmış süd isə bir neçə saat xarab olmadan qala bilir. Bütün qızdırma, qaynatma hadisələri süddəki həm xəstəliyə səbəb olan sağlıqsız bakteriyaları, həm də faydalı bakteriyaları öldürür.
Faydalı bakteriyaları öldürdükləri üçün onların yaratdıqları faydalı mineral və vitaminləri də öldürür. Burada məqsəd südün çürüməsinə maneə olaraq südün ömrünü uzatmaqdır. Südün çürüməsi fermentə olunması deməkdir. Fermentə olunmaq üçün isə faydalı bakteriyalara ehtiyac var. Deməli süd yüksək dərəcədə qızdıran və ya qaynadılan zaman onun faydalı bakteriyaları öldüyü üçün süd uzun müddət çürümədən qala bilir.
Başqa bir yandan baxdıqda, süd şəkəri olaraq tanıdığımız laktozanın parçalanmasında mühüm əhəmiyyəti olan laktoz fermenti də pasterizasiya zamanı tamamilə məhv olur. Bu cür süd istehsalçıları isə bağırsaqda olan laktoz fermentinin kifayət etdiyini deyir. Ancaq ölkə əhalimizin çox hissəsinin laktoza həssaslığının olduğunu nəzərə alsaq bu nüansa da xüsusi diqqət etməliyik. Bunun əksinə qatıq yediyimiz zaman heç bir narahatlıq olmur. Çünki, qatıq mayalandığı zaman faydalı mikroblar laktoz fermentini yenidən yaradır.
Süddə vitaminlər nə zaman məhv olur?
Bu kimi faydalı bakteriyaların məhv olması ilə bərabər vitaminlər də məhv olur. Belə ki pasterizasiya zamanı C vitamininin haradasa yarı hissəsi, suda həll olan digər vitaminlərin isə 80%-i, B12 vitaminin hamısı məhv olur. Bu isitmə istehsalı zamanı probiyotiklər də məhv olur.
Belə ki, paketli süd istifadə edərkən diqqətli olaq. Yaxşı olar ki güvəndiyiniz birindən bişirilməmiş süd alasınız. Əgər məcbur paketli süd almalıyıqsa o zaman istifadə müddəti ən az olanlardan alaq. Ən azından digərlərinə görə daha az istiyə məruz qalmış olar… Əgər süd qaymaq bağlayırsa demək ki hər şey yolundadır 🙂
Bir şeyi buradan da nəzərinizə çatdırım ki, südü süd olaraq içmək yerinə süd məhsulu olaraq istifadə edək. Çünki, süd qaynadılan zaman ölür, amma mayalandırılan zaman yenidən canlanır. Bunu da deyib nöqtəmi qoyum 🙂
Dietoloq Aynurə Aşirova ilə əlaqə üçün buraya basın vəya +994 55 551 25 65
Bloqlar məlumatlandırma xarakterlidir.Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.