Fibromialgiya dayaq-hərəkət sisteminin revmatik xəstəliyidir. Xəstəlik bütün bədənə yayılan ümumiləşdirilmiş ağrı ilə xarakterizə olunur. İstənilən yaş qrupunda müşahidə edilsə də ,ən çox orta yaşlı qadınlarda rast gəlinir.
Fibromialgiya nədir?
Fibromialgiya və ya Fibromialgiya sindromu bütün bədəndə geniş yayılmış ağrılara səbəb olan xroniki bir vəziyyətdir.
Fibromialgiya xəstələrdə bir çox simptomlara səbəb ola bilər. Hər bir xəstədə görülən simptomlar fərqli olsa da, ən çox görülən Fibromialgiya simptomları aşağıdakılardır:
🔖Sərtlik: Fibromialgiya xəstələrində uzun müddət eyni vəziyyətdə qaldıqdan sonra sərtlik kimi vəziyyətlər meydana gələ bilər. Yəni ağrı olan ətraflarda hərəkət məhdudiyyəti yarana bilər. Məsələn, bu xəstələr səhərlər yataqdan qalxmaqda çətinlik çəkə, yemək yedikdən sonra masadan qalxma problemi yaşaya bilərlər.
🔖Həddindən artıq həssaslıq: Fibromialgiyası olan xəstələrdə ağrıya qarşı həssaslıq arta bilər. Xəstələr ağrı hiss edilə bilinməyəcək vəziyyətlərdə belə ağrı hiss edə bilərlər.Yəni xəstələrdə kiçik travmalardan sonra ağrıların müddəti uzana bilər və normadan daha qabarıq hiss edilə bilər.
🔖Əzələ krampları(qıcolmaları): Xəstələr əzələ yığılması zamanı ağrı və həssaslıq hiss edə bilərlər.
🔖Yorğunluq: Yorğunluq fibromialgiya xəstələrinin ümumi simptomları arasındadır. Yorğunluğun şiddəti xəstədən xəstəyə dəyişə bilər. Bəzi xəstələrdə yüngül yorğunluq ola bilər, digərlərində isə gündəlik işlərə təsir edəcək qədər ağır bir vəziyyət ola bilər
🔖Yuxu keyfiyyətinin pisləşməsi: Xəstələrdə yuxu keyfiyyətində ciddi azalma müşahidə oluna bilər. Xəstələr kifayət qədər yatsalar da ,yenə də yorğun oyanıb ,özlərini yatmamış kimi hiss edə bilərlər. Bunun səbəbi fibromialgiya səbəbiylə yuxu zamanı orqanizmin bərpasını təmin edən dinc ‘dərin yuxu’ fazasının qısalmasıdır. Yuxu keyfiyyəti pozulmuş xəstələr gün ərzində diqqətin dağılması, diqqəti cəmləyə bilməməsi, yorğunluq, enerji çatışmazlığı kimi vəziyyətlərlə qarşılaşa bilər.
🔖Konqnitiv problemlər: Fibromialgiya xəstələrində; Düşüncə, öyrənmə və yaddaşın formalaşması kimi konqnitiv qabiliyyətlərdə problemlər yarana bilər. Xəstələrin psixi vəziyyəti dumanlı adlandırıla biləcək bir vəziyyətdə ola bilər. Xəstələrdə konqnitiv pozğunluqlar; yavaş nitq kimi yaddaş kimi problemlər əmələ gələ bilər.
🔖Həddindən artıq isti və ya soyuqluq hissi: Fibromialgiya bədən istiliyinin tənzimlənməsində problem yaradır. Buna görə xəstələr hətta normal temperaturu çox soyuq və ya çox isti kimi qəbul edə bilərlər.
Fibromiyalji bəzi digər xəstəliklərlə birlikdə görülə bilər.
Fibromiyaljinin tez-tez birlikdə görüldüyü xəstəlikləri aşağıdakı kimi sıralamaq olar:
- Xroniki baş ağrısı
- Depressiya
- Davranış pozğunluğu
- Narahat bağırsaq sindromu (qıcıqlanmış bağırsaq sindromu)
- Ağrılı sidik kisəsi sindromu
- Dismenoreya (ağrılı menstruasiya)
- Narahat Ayaq Sindromu
Fibromialgiyaya nə səbəb olur?
Fibromiyaljinin səbəbləri hələ tam aydınlaşdırılmasa da, xəstəliyin inkişafında rol oynadığı düşünülən müxtəlif mexanizmlər mövcuddur.
Bunlar:
Sinir Sistemində Dəyişikliklər: Ağrı, bədəndəki bəzi ixtisaslaşmış sinir hüceyrələri ilə əlaqəli bölgədən ,beyinə ötürülür. Bu ötürülmə müxtəlif molekulalar vasitəsilə baş verir. Molekulların növü və ya konsentrasiyasındakı dəyişikliklər fibromialgiyaya səbəb ola bilər.
Hormon səviyyələrindəki dəyişikliklər: Beyində ağrının ötürülməsi və ağrının işlənməsi ilə məşğul olan çoxlu müxtəlif hormonlar var. Bu hormonların səviyyəsindəki dəyişikliklər xəstəliyin inkişafı baxımından əhəmiyyətli ola bilər. Məsələn, fibromialgiya xəstələrində serotonin, noradrenalin və dopamin kimi hormonların səviyyəsinin normadan aşağı olduğu müəyyən edilmişdir. Bu hormonlar ağrı ilə yanaşı yuxu, iştah, davranış və əhval kimi bir çox hadisədə də təsirlidir. Buna görə də xəstələrdə hormonal dəyişikliklər ağrıdan əlavə müxtəlif simptomlara səbəb olur.
Genetika: Bəzi insanların fibromialgiya inkişaf etdirməyə meyilli olduğu düşünülür. Xəstəliyin bəzi ailələrdə qruplaşma göstərməsi, xəstəliyin inkişafında genetik fonun mühüm rol oynaya biləcəyini deməyə əsas verir.
Fibromialgiya inkişafında bir çox faktor təsirli ola bilər. Xəstələrdə fibromialgiya hücumlarına səbəb olan faktorlar var. Əsas tətikləyici amillər bunlardır:
- Travma
- İnfeksiya
- Sevilən birinin itkisi və ya ayrılıq kimi emosional stress
- Ağır cərrahi əməliyyat keçirən insaların vəziyyəti kimi qeyd etmək olar.
Fibromialgiya nöqtələri nədir?
Fibromialgiyada xəstələrin bədəninin müxtəlif nöqtələrinə təzyiq edildikdə ağrı müşahidə edilir. Bu nöqtələrə tender nöqtələri deyilir. Bu nöqtələr xəstənin bədənində 18, sağda 9, solda 9 olur. Bu simmetrik yerləşdirilmiş nöqtələr xəstəliyə xas xüsusiyyət hesab olunur. Fibromiyalji nöqtələri, eləcə də tender nöqtələri bunlardır:
- Ənsə (oksiput)
- Trapezəbənzər əzələ üzərində(yuxarı arxa)
- Supraspinatus (trapezənənzər nöqtəsi ilə bədənin ortasına yaxın olan kürək sümüyü hissəsi)
- Gluteal (kalçanın yuxarı xarici bölgəsi)
- Böyük troxanter (yuxarı ayağın omba ilə birləşdiyi yerdən kənarda)
- Boyun
- İkinci qabırğa (köprücük sümüyünün qabırğalarla qovuşduğu yerdən bir qədər aşağıda)
- Dirsək (daxili və yan)
- Diz (daxili)
Ağrıya səbəb olan fibromialgiyaya bənzər xəstəlikləri fibromialgiyadan ayırmaq üçün tender nöqtələri istifadə olunur. Əgər xəstə həssas nöqtələrə tətbiq olunan təzyiq nəticəsində ağrı hiss edirsə, bu, diaqnozda fibromialgiya təstiq edilir.
Əvvəllər fibromialgiya diaqnozunda həssas nöqtələrdən daha çox istifadə olunsa da, bu gün diaqnoz üçün müxtəlif üsullar hazırlanmışdır.
Bu gün fibromialgiya diaqnozu üçün bütün bədənə yayılan, 3 aydan çox davam edən və başqa heç bir əsas səbəb tapıla bilməyən şərtlər kifayətdir.
Fibromialgiya necə müalicə olunur?
Fibromialgiyanı tamamilə aradan qaldıracaq qəti bir müalicə yoxdur. Fibromialgiya müalicəsində əsas məqsəd xəstənin əlamətlərini yüngülləşdirmək, gündəlik həyatında qarşılaşdığı problemləri minimuma endirmək və həyat keyfiyyətini yüksəltməkdir.
Müxtəlif müalicə üsulları, eləcə də dərmanlar fibromialgiyanın müalicəsində faydalı ola bilər. Fibromiyalji xəstələrinin həyatına müsbət töhfə verə biləcək müalicələr:
Fiziki Müalicə: Fiziki müalicələr xəstənin elastikliyini və gücünü bərpa etməkdə çox faydalı ola bilər. Fiziki müalicə üçün su əsaslı hovuz müalicəsi kimi alternativlərə də üstünlük verilə bilər.
Ergoterapiya: Bir terapevtin köməyi ilə həyata keçirilən bu terapiya sayəsində insan bədənində həddindən artıq stress yaratmadan müxtəlif vəzifələri yerinə yetirməyi öyrənə bilər.
Psixoloqun dəstəyi: Fibromialgiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün xəstənin psixoloji məsləhət alması faydalıdır.
Fibromialgiya xəstələri gündəlik həyatda edəcəkləri bəzi tətbiqlər, həmçinin dərman və müalicələrlə həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər. Sağlam qidalanma, müntəzəm məşq etmə, stress idarə etmə mexanizmlərindən istifadə və yuxu keyfiyyətini artırmaq üçün təşəbbüs göstərmək kimi təcrübələr; Xəstənin fibromialgiya ilə öhdəsindən gəlməsini asanlaşdırır və daha sağlam bir həyat təmin edir.
Fibromialgiya tamamilə aradan qaldırılmasa da, uyğun müalicə müdaxilələri ilə xəstənin həyatında ciddi yaxşılaşmaya səbəb olur. Bu səbəbdən fibromialgiya şübhəsi olan insanların yaxşı təchiz olunmuş sağlamlıq mərkəzinə müraciət etmələri faydalı olardı.
Revmatoloq Dr.Vüsalə Atakişiyeva ilə əlaqə üçün buraya basın və ya +994 55 401 84 14.
Bloqlar məlumatlandırma xarakterlidir. Həkiminizin göstərişindən sonra tətbiq etməyinizi məsləhət görürük.